Video » Səhifə 8 » XeberlerTv.info

Azərbaycanlı keçmiş hərbçi Rusiyada tutuldu - Fırıldaqçılığa görə (VİDEO)

Azərbaycanlı keçmiş hərbçi Rusiyada tutuldu - Fırıldaqçılığa görə (VİDEO)Rusiyanın Təhlükəsizlik Xidmətinin əməkdaşları İrkutsk şəhərində fırıldaqçılığa görə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

xeberlertv.info Rusiya mətbuatına istinadən xəbər verir ki, saxlanılan şəxs 38 yaşlı istefada olan hərbçidir. Saxlanılan şəxsin Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi və üç il bundan əvvəl əsas vəzifəsindən istefa verdiyi müəyyən edilib.

Respublikanın hüquq-mühafizə orqanları onun barəsində fırıldaqçılıq faktı ilə əlaqədar cinayət işi açıblar.

Hazırda 38 yaşlı azərbaycanlının həbs olunub, Bakıya ekstradisiyası məsələsi müzakirə edilir.

Keçmiş hərbçi haqqındakı ittihamları rədd edir.


Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Klopp mətbuat konfransında mahnı oxudu - VİDEO

Klopp mətbuat konfransında mahnı oxudu - VİDEO"Liverpul"un baş məşqçisi Yurgen Klopp növbəti dəfə hərəkəti ilə diqqət mərkəzinə düşüb.

Fanat.az xəbər verir ki, mütəxəssis Premyer Liqanın XIX turunun "Nyukasl"la oyunundan öncə mətbuat konfransında mahnı oxuyub.

Belə ki, jurnalistlərin önünə yüksək əhval-ruhiyyədə çıxan Klopp klubun mətbuat katibinin doğum günü münasibətilə media nümayəndələrinin qarşısında "Happy birthday to you" (Doğum günün mübarək) mahnısını oxuyub.

O, səbəbkara ürək sözlərini bu sözlərlə çatdırıb: "Neçə yaşın var? 39? Gələn il daha böyük olacaqsan".

Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

İt pişiyi belə xilas etdi - VİDEO

İt pişiyi belə xilas etdi - VİDEOSuya düşərək batmaq təhlükəsiylə üzləşən pişik it tərəfindən xilas edilib.

xeberlertv.info- un məlumatına görə, suya yıxılan pişik oradan çıxa bilmədiyindən ona it kömək etməli olub. Belə ki, pişiyin batdığını görən it suya atılaraq pişiyi belinə alıb və onu qururuya çıxarıb.

Bu xilasetmə isə bir nəfər tərəfindən telefonla lentə alınıb. Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Bayramda təhlükə gətirən partlayıcılar - VİDEO

Bayramda təhlükə gətirən partlayıcılar - VİDEOƏksər ailələrdə bayram hazırlıqları artıq başlayıb. Bəziləri, xüsusilə balacalar bayram günlərini partlayıcılarsız təsəvvür edə bilmirlər. Hər il olunan qadağalara baxmayaraq, bu vasitələrin satışı da azalmır.

xeberlertv.info ARB TV-yə istinadən xəbər verir ki, azyaşlı uşaqlar bazarlarda və şəhərin digər yerlərində pullarını verib pirotexniki vasitələri çox asanlıqla əldə edirlər.

Bu barıtlı vasitələrin bəziləri hətta döyüş silahlarını xatırladır.
Pirotexniki vasitələrin satıldığı yerlərdən biri də Xırdalanın köhnə bazarıdır. Qadağan olunduğunu bilən işbazların bəziləri çəkilişə mane olmağa çalışıb.

Hər il bu partlayıcı səbəbindən onlarla xoşagəlməz hadisələr baş verir. İnsanlar bu vasitələrin rahatlıq və asayişi pozmaqla bərabər, həm də təhlükəli olduğunu deyirlər.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Telli efirə ağlaya-ağlaya gəldi - Video

Telli efirə ağlaya-ağlaya gəldi - VideoARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı aşıq Telli Borçalı (Telzadə Qurbanova) olub.

xeberlertv.info-ın məlumatına görə, efirə ağlaya-ağlaya gələn aşıq qardaşının səhhətinin pis olduğunu deyib:
“Qardaşım narahatdır. Əməliyyat olub. İnşallah yaxşı olar. İstəmirəm çox danışım, birdən televizora baxar, pis olar. Onu hamı çox istəyir. Çox sakitdir, qızdan, gəlindən hayalıdır, aşıqdır. Tərmeyxan mənim doğma qardaşımdır. O, ancaq aşıq verilişlərinə çıxır”.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]


Xəbər lenti