Video » Səhifə 7 » XeberlerTv.info

Dünya çempionatında Rusiya bayrağını unutdular - VİDEO

Dünya çempionatında Rusiya bayrağını unutdular - VİDEOGənclər arasında keçirilən xokkey üzrə dünya çempionatında təşkilatçılar azarkeşlərə təşəkkür məqsədilə hazırlanan videoya Rusiya bayrağını daxil etməyi unudublar.

Fanat.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, sözügedən video yarışın "Twitter" səhifəsində yayımlanıb. 20 saniyəlik videoda çempionatda iştirak edən 9 ölkənin bayrağı nümayiş etdirilib, lakin yarışda Rusiya da daxil olmaqla 10 milli komanda çıxış edib.

Keçirilən yarışda birinci yeri Finlandiya, ikinci yeri ABŞ, üçün yeri isə İsveçrə və Rusiya tutub.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]
  • 238981
  • 0

Günaydan sevgilisinə ad günü təbriki - Fotolar+Video

Günaydan sevgilisinə ad günü təbriki - Fotolar+Video
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva sevgilisi iş adamı Taha Tatlıcınla bağlı sosial şəbəkədə paylaşım edib.

xeberlertv.info-ın məlumatına görə, model sevgilisini ad günü münasibətilə təbrik edib.

Günay bir müddətdir eşq yaşadığı Tahaya "Allah səni mənə verməklə, vermədiklərini qarşılayıb. Balım, nə yaxşı ki, doğulmusan" sözlərini yazıb.

Qeyd edək ki, cütlük artıq beş aydır birlikdədir. Onların münasibəti haqda Türkiyə mediası xəbər yaymışdı. Günay Nyu-York Moda Həftəsi üçün Amerikaya gedərkən də sevgilisi onu tək qoymamışdı.

Xatırladaq ki, Musayeva aktyor Tolqa Karellə ailəli olub. Onun bu nikahdan Cahangir adlı oğlu dünyaya gəlib.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]
  • 320550
  • 0

Kaliforniyada atışma: ölən və yaralılar var - VİDEO

Kaliforniyada atışma: ölən və yaralılar var - VİDEOABŞ-ın Kaliforniya ştatındakı boulinq zallarından birində silahlı insident baş verib.

xeberlertv.info xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı yerli polis məlumat yayıb.

Hadisə bu gün səhər saatlarında Torrans şəhərində baş verib.

İnsident zamanı azı üç nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Polis insanları hadisə yerindən uzaq durmağa çağırıb.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]
  • 320547
  • 0

"Liverpul"un 20 oyunluq seriyası qırıldı - VİDEO

"Liverpul"un 20 oyunluq seriyası qırıldı - VİDEO"Liverpul" cari mövsümdə İngiltərə Premyer Liqasında ilk məğlubiyyətini alıb.

Fanat.az xəbər verir ki, "qırmızılar" XXI turda "Mançester Siti"yə yenilib. "Etihad" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 40-cı dəqiqədə "Mançester Siti"dən Serxio Aqüero açıb. Argentinalı hücumçu milli çempionatlarda 250-ci dəfə fərqlənib. Bunlardan 153-ü İngiltərə, 74-ü İspaniya, 23-ü Argentina çempionatına təsadüf edib. Roberto Firmino 64-cü dəqiqədə bərabərlik qolunu vursa da, Leroy Sane 72-ci dəqiqədə komandasının qələbə topuna imza atıb.

Beləliklə, Premyer Liqada 20 oyunluq məğlubiyyətsizlik (17 qələbə, 3 heç-heçə) seriyasına son verən "Liverpul" bu mövsüm ilk dəfə uduzub. Lakin Yurgen Kloppun baş məşqçi olduğu kollektiv 54 xalla liderliyini qoruyub. Xal fərqini 4-ə endirən "Mançester Siti" isə Xosep Qvardiolanın rəhbərliyi altında rəsmi matçlarda 100-cü qələbəsini qazanıb. İspaniyalı mütəxəssis komandaya 2016-cı ilin yayından başçılıq edir. O, İspaniya "Barselona"sında (2008 - 2012) 179, Almaniya "Bavariya"sında (2013 - 2016) 121 dəfə qalib gəlib.

Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]
  • 287639
  • 0

Pərvin Abıyevanın model qızla öpüşən videosu yayıldı - Video

Pərvin Abıyevanın model qızla öpüşən videosu yayıldı - VideoAktrisa Pərvin Abıyevanın Aynur Şeydayeva adlı modellə videosu yayılıb.

xeberlertv.info-ın məlumatına görə, gecə klubunda rəqs edən qızlar öpüşür, rəqs edirlər. Görüntünü Aynur İnstaqram səhifəsində "story" bölməsində yayımlayıb.

Həmin görüntüləri Aynur bir az sonra səhifəsindən silib.

Qeyd edək ki, videonu yenicag.az saytı yerləşdirib.

Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]
  • 410701
  • 0

Bir yumruqla 9 milyon dollar qazandı - VİDEO

Bir yumruqla 9 milyon dollar qazandı - VİDEOQarışıq döyüş sənətləri üzrə şirkətlə bağladığı müqavilə əsasında yapon kikboksçu Tenşin Nasukava ilə şou döyüşünə çıxan amerikalı boksçu Floyd Meyvezer rəqibini təxminən 2 dəqiqə ərzində nakauta salıb.

Fanat.az xəbər verir ki, Tokioda keçirilən döyüşdə 20 yaşlı rəqibi üzərində asan qələbə qazanan Meyvezer döyüş boyunca gülümsəməsi ilə diqqətlərdən yayınmayıb.

Döyüşün əvvəlində rəqibinə yüngül zərbələr vuran və əsasən müdafiə olunan amerikalı boksçu daha sonra ardıcıl zərbələrə başlayıb və 1 dəqiqənin tamamında yapon döyüşçünü yerə sərib. Yerə yıxıldıqdan 5-6 saniyə sonra ayağa qalxan Nasukava matça davam edib. Amma Meyvezerin zərbələrinə uzun müddət dözə bilməyib. 45 saniyə sonra qarnına və üzünə aldığı zərbələrlə yerdə qalıb.

Ayağa qalxan yapon döyüşçü Meyvezerin ardıcıl zərbələri ilə matçın bitməsinə 50 saniyə qalmış yenidən yıxılıb. Məşqçilərin rinqə çıxmasından sonra hakim matçı bitirərək amerikalı boksçunu qalib elan edib.

Bununla da Meyvezer məğlubiyyətsizlik rekordunu 51 döyüşə (peşəkar olmayan oyunlar daxil) yüksəldib. 41 yaşlı boksçu bu matçdan 9 milyon avro qazanıb.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]
  • 284773
  • 0

Vüqar Zifəroğlu: 2019-cu ildə Yaxın Şərq aktivliyi ilə seçiləcək - VİDEO

Vüqar Zifəroğlu: 2019-cu ildə Yaxın Şərq aktivliyi ilə seçiləcək - VİDEOTürkiyə 2018-ci ildə daha aktiv siyasi xətt izlədi. Başlatdığı hərbi əməliyyatlarla həm Suriyada, həm də İraqda mövqelərini kifayət qədər gücləndirmiş oldu. İlə damğasını vuran Kaşıkçı cinayəti isə ərəb dünyasında çalxalanmaya səbəb oldu.

Bu sözləri Baku TV-yə müsahibəsində politoloq Vüqar Zifəroğlu deyib.

O bildirib ki, 2019-cu ildə Yaxın Şərq aktivliyi ilə seçiləcək.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]
  • 311962
  • 0

Bakı sakinlərinin Yeni il arzuları - SORĞU

Bakı sakinlərinin Yeni il arzuları - SORĞUSevinci ilə, kədəri ilə bir ili daha geridə qoyuruq. 2019-cu ilin gəlişinə sayılı saatlar qalmış hər kəs köhnə ili yola salıb, həyəcanla yeni ilə yeni arzular tutur.

xeberlertv.info xəbər verir ki, Baku Tv şəhər sakinlər arasında sorğu keçirib, 2019-cu ildə Azərbaycana nə arzuladığını soruşub.

Respondentlərin cavablarını təqdim edirik:
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]
  • 307674
  • 0

Rusiyalı siyasətçilər Azərbaycan xalqını təbrik edib – VİDEO

Rusiyalı siyasətçilər Azərbaycan xalqını təbrik edib – VİDEO2018-ci il Azərbaycan-Rusiya siyasi əlaqələri baxımından olduqca məhsuldar il oldu.

xeberlertv.info “Moskva-Baku.ru”ya istinadən xəbər verir ki, 2019-cu ilin gəlişi ərəfəsində nüfuzlu rusiyalı siyasətçilər və diplomatlar Azərbaycan xalqını Yeni il bayramı münasibətilə təbrik edib.

Olqa Qolodets – RF-nın baş nazir müavini

Azərbaycan bizim çox yaxın və yaxşı tərəfdaşımızdır. Azərbaycan mədəniyyətinə, onun idman sahəsindəki nailiyyətlərinə, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin indiki vəziyyətinə böyük ehtiramla yanaşırıq. Rusiya –Azərbaycan əlaqələri inkişaf edir. Bu ilk növbədə mədəniyyət və humanitar istiqamətlərdə ikitərəfli münasibətlərin inkişafına böyük diqqət göstərən İlham Heydər oğlu Əliyevin yürütdüyü siyasətin sayəsində mümkün olur.

Mənə elə gəlir ki, Rusiya və Azərbaycanın yaxşı keçmişi və böyük gələcəyi var. Bu gün rusiyalılar adından bütün azərbaycanlıları Yeni İl münasibətilə təbrik edirəm və cansağlığı və əminamanlıq arzulayıram!


Mariya Zaxarova, Rusiya XİN-nin rəsmi nümayəndəsi
“Qlobal olaraq hər kəsə sülh arzulayıram. Sizə səadət arzulayıram... Bilirsiz, hamı xüsusi səadət gözləntisində olur, halbuki özlərinin nəsib edə biləcəyi səadətə diqqət ayırmırlar. Kimlərəsə doğuluşdan ən xırda hadisələrə belə sevinmək vergisi bəxş olunub, ancaq bəziləri üçün bu əldə olunan bir incəsənət və elmdir. Başqalarının uğurlarına sevinmək, hal-hazırda problemlərin olmamasına sevinmək, sülhə, əminamanlığa sevinmək, bəzən hətta bunun gələcək üçün bir kredit oldğunu və ya hər hansı çətinliklərdən uzaqlaşmaq imkanı olduğunu dərk edərək hansısa uğursuzluqlara sevinmək. Ona görə də, hamıya uğurlarına, uğursuzluqlarına sevinməyi, uğursuzluğun öhdəsindən nikbinliklə gəlməyi arzu etmək istərdim. Və əlbəttə ki, can sağlığı!

Azərbaycan vətəndaşlarına da, bütün başqa ölkələrin vətəndaşları kimi, özümə və yaxınlarıma arzu etdiyim şeyləri təmənni etmək istərdim. Sülh, əminamanlıq və səadət! Bilirəm ki, azərbacanlılar sevinməyi bacarır.


İlyas Umaxanov – Rusiyanın Federasiya Şurasının sədr müavini
Yeni il ərəfəsində azərbaycan xalqı öz lideri İlham Heydər oğlu Əliyevin ad gününü qeyd etdi. Azərbaycan Respublikasının prezidentinə can sağlığı, azərbaycan xalqının maraqlarında və manafeyi üçün əminamanlıq arzu etmək istərdim. Dost, – şəxsən mənim üçün qardaş Azərbaycan xalqına sülh, əminamanlıq, gələcəyə inamlı baxış arzu edirəm. Arzu edirəm qardaş Azərbaycan xalqı çiçəklənsin!


Leonid Kalaşnikov – Rusiya Dövlət Dumasının MDB məsələləri komitəsinin rəhbəri
Azərbaycan xalqını qarşıda gələn Yeni il bayramı münasibətilə təbrik edirəm. Azərbaycan xalqına inkişaf, bütün problemlərin, o cümlədən ölkəni narahat edən ən ağrılı problemlərin həllini təmənni edirəm. Düşünürəm ki, ən ağrılı problemləri də qonşu dövlətlər bizim prezidentlə danışıqlar masası arxasına həll edə bilər.

Məsələyə üçüncü dövlət qarışanda, xüsusilə bu dövlət bizim ölkələrdən minlərlə kilometr uzaqda olanda, bu problemlərdən öz məqsədləri üçün suistifadə edir. Ona görə də ATƏT-in Minsk qrupuinun fəaliyyətinə skeptik münasibət bəsləyirəm. Dağlıq Qarabağ problemi 30 ilə yaxındır ki, həllini tapır.

Əminəm ki, Azərbaycanın inkişafına mənfi təsir edən, Azərbaycan xalqının həyatına qəm gətirən məsələlər həllini tapacaq. Əsası odur ki, Azərbaycan Respublikası düzgün istiqamətdə irəliləyir.


Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]
  • 213235
  • 0


Xəbər lenti