Video » Səhifə 6 » XeberlerTv.info

Yeniyetmə qatarın altında qaldı - VİDEO

Yeniyetmə qatarın altında qaldı - VİDEOÖzbəkistanda yeniyetmənin qatarın altında qalmasını əks etdirən görüntülər yayılıb.

xeberlertv.info xəbər verir ki, hadisə yanvarın 6-da Nukus şəhər vağzalı yaxınlığında baş verib.

Saratov-Daşkənd qatarının maşinisti siqnal versə də, yeniyetmə eşitməyib. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məlum olub ki, 16 yaşlı oğlanın qulağında qulaqçıq olub. O, musiqiyə qulaq asaraq dəmir yolu xətti ilə hərəkət edirmiş.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]
  • 277617
  • 0

Bakıda gənc intihar məqsədi ilə binanın damına çıxdı - YENİLƏNİB + VİDEO

Bakıda gənc intihar məqsədi ilə binanın damına çıxdı - YENİLƏNİB + VİDEOFövqəladə Hallar Nazirliyi Bakıda intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb.

xeberlertv.info xəbər verir ki, məlumatda paytaxtın Nizami rayonunda bir nəfərin dördmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirdiyi bildirilir.

Qeyd olunur ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

22.00

Bu gün axşam saatlarında Bakıda gənc oğlan restoran binasının damına çıxaraq intihara cəhd edib.

xeberlertv.info xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda “Neftçilər” metro stansiyasının yaxınlığında baş verib.

Şahidlərin bildirdiyinə görə, özünə qəsd etmək istəyən gənc bir neçə saatdır binanın damındadır. Ətrafdakı insanların müdaxiləsi nəticə verməyib, gənci intihar etmək fikrindən polis əməkdaşları daşındırıb.

Bildirilir ki, gəncin intihar cəhdinin səbəbi məhəllələrində qurulan yarmarka olub.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]
  • 314822
  • 0

Sərbəst güləş millimiz 2019-cu ilə Dağıstanda başladı - VİDEO

Sərbəst güləş millimiz 2019-cu ilə Dağıstanda başladı - VİDEOSərbəst güləş yığmamız fasiləyə son qoyub.

xeberlertv.info xəbər verir ki, millimiz ilk təlim-məşq toplanışını ölkə xaricində keçir.

Komandamız baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçilər Arif Abdullayevlə Sadruddin Ayqubovun rəhbərliyi altında dünəndən Dağıstanın paytaxtı Mahaçqalada hazırlıq prosesinə start verib. Yerli güləşçilərlə birgə baş tutan toplanış yanvarın 20-dək davam edəcək.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]
  • 310530
  • 0

Röya və Emildən yeni duet - Video

Röya və Emildən yeni duet - VideoƏməkdar artist Röya Ayxan yeni mahnısını təqdim edib.

xeberlertv.info xəbər verir ki, ifaçı “Kölgə” adlı mahnısını həmkarı Emil Bədəlovla duet oxuyub.

Bəstənin sözləri və musiqisi Aydın Sani, aranjımanı isə Anar Vəliyevə məxsusdur.

Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]
  • 210360
  • 0

Brilliant Dadaşovanı bir də belə görün - Video

Brilliant Dadaşovanı bir də belə görün - VideoXalq artisti Brilliant Dadaşova izləyiciləri ilə yeni videosunu bölüşüb.

xeberlertv.info xəbər verir ki, daim formada olan sənətçi idman etdiyi yerdə çəkilmiş görüntülərini rəsmi səhifəsində paylaşıb.

Onun "Qızlar, mütləq idman edin" qeydli paylaşımı bir saata 3 minə yaxın "like" toplayıb.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]
  • 294788
  • 0

Dünyanın ən böyük qar və buz festivalı - Video

Dünyanın ən böyük qar və buz festivalı - VideoÇində dünyanın ən böyük qar və buz festivalı başlayıb.

xeberlertv.info xarici KİV-ə istinadən xəbər verir ki, Harbin şəhərində 1 ay davaç edəcək festival üçün qar və buzdan böyük park hazırlanıb.

Qış aylarında 35 dərəcə soyuq olan Çin 1983-cü ildən bu yana hər il bu festival ev sahibliyi edir. Turistlərin axışdığı bu parkda 110 min kub metr buz, 120 min kub metr qardan istifadə olunaraq müxtəlif qaradamları, heykəllər hazırlanıb.

Festivalın fevralın 5-də başa çatacağı bildirilir.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]
  • 352029
  • 0

Könülün maşını qarət olundu - VİDEO

Könülün maşını qarət olundu - VİDEOAparıcı Könül Muxtarovanın maşını qarət olunub.

xeberlertv.info xəbər verir ki, hadisə Azər Əliyev küçəsində baş verib. Belə ki, 90 KM 404 nömrəli "Nissan Micro" markalı avtomobilini adı çəkilən küçədə saxlayıb qonaq gedən aparıcı geri qayıdarkən şoka düşüb.

Onun maşınının ön qapısının pəncərəsi sındırılıb və içəridə olan 300 dollar məbləğində pul götürülüb.

Muxtarova artıq insidentlə bağlı 102 xidmətinə məlumat verib.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]
  • 323408
  • 0

Əvvəl dayısı oğluna, sonra xalası nəvəsinə nişanlanan qız itkin düşdü - VİDEO

Əvvəl dayısı oğluna, sonra xalası nəvəsinə nişanlanan qız itkin düşdü - VİDEO
Adanada 16 yaşındaykən dayısının 14 yaşlı oğlu ilə, 17 yaşında isə bibisinin nəvəsiylə nişanlandırılan qızdan 4 gündür xəbər yoxdur. Qızın anası Gülay Hançer "Qızımın həyatından narahatam. Onun öldürülərək bir kəara atılacağılndan qorxuram" deyib.

xeberlertv.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Seyhan mahalındakı Gürselpaşa Məhəlləsində meydana gəlib.
İddiaya görə, yanvarın 3-də peşə liseyində 2-ci kurs tələbəsi olan gənc qız evdən çıxıb dərsə gedib. Həmin gündən etibarən G.H-nin ailəsi ondan xəbər ala bilməyib.

G.H-nin anası Gülay ilə atası Mehmet Hançer polisə gedərək qızlarının itkin düşdüyünü və tapılması üçün müraciət edib. Ana Gülay Hançer sözlərinə belə davam edib: "Qızımı 2016-cı ildə 16 yaşındaykən qardaşimin 14 yaşındakı oğlu ilə nişanlandırdıq. Bir müddət sonra onun yaşı kiçidir deyə qızım istəmədi. Ondan sonra da 2017-ci ildə qızımı bibisinin nəvəsi ilə nişanladıq. Qızımın başqasına, tanımadığım birinə getməsini istəmədim. Amma onlar da ayrılan zaman bu dəfə oxuması üçün yenidən məktəbə yazdırdım”.

Qızın atası 45 yaşlı Mehmet Hançer isə qızının əvvələr də evdın qaçdığını deyib:

“Qızım əvvəllər də evdən qaçmışdı. Ancaq birlikdə qaçdığı oğlanı tez tapıb tapıb qızımızı evə gətirdik. Bu dəfə getdiyi gündən 4 gün keçib. Hələ qızımdan xəbər yoxdur. Onun həyatından narahatıq. Qızım yaşasaydı mütləq hansısa bir şəkildə tapardıq. Onun öldürülüb bir yerə atılmasından qorxuram. İtkin düşdükdən sonra cəsədi tapılan qızlar kimi olmasını istəmirəm. Qızım məni izləyirsə evinə qayıtsın, onu çox sevirik”.

Hazırda ailəsi və polis hər yerdə 17 yaşlı qızı axtarır.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]
  • 384944
  • 0

Azərbaycanlıların olduğu gəmi batdı - (VİDEO)

Azərbaycanlıların olduğu gəmi batdı - (VİDEO)Qara dənizdə Türkiyənin Samsun vilayəti sahillərində yük gəmisi batıb. xeberlertv.info xəbər verir ki, Panama bayrağı altında üzən gəmidə 20 nəfər olub.

Son məlumatlara əsasən, Türkiyənin sahil-mühafizə xidməti 6 nəfəri xilas edə bilib. 1 nəfərin isə cansı bədəni sudan çıxarılıb.

Samsun qubernatorluğundan bu barədə açıqlama verilib:
"Xilasetmə işləri hadisə baş verən andan etibarən işlərini davam etdirir. Ekipaj üzvlərindən 6-sı xilas edilib. Birinin isə cansız bədəni sudan çıxarılıb. Xilasetmə işləri davam etdirilir. Təyyarədə 13 ekipaj üzvü var, onlardan 9-u Ukraynaya, 2-si Azərbaycan, ikisi isə Rusiya vətəndaşıdır.

Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]
  • 313393
  • 0

Riberi "qızıl steyk"ə görə onu tənqid edən azarkeşləri söydü - VİDEO

Riberi "qızıl steyk"ə görə onu tənqid edən azarkeşləri söydü - VİDEO"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi tənqidlərə sərt cavab verib.

Fanat.Az xəbər verir ki, fransalı futbolçunun hədəfə alınmasına "Salt Bae" ləqəbli məşhur türk aşpaz Nüsrət Gökçenin restoranlarından birində çəkilmiş video paylaşması səbəb olub.

Fransalı futbolçu restoranda özünə üzəri nazik qızıl səthi ilə örtülmüş steyk sifariş edib. Yeməyin qiyməti 1200 avro olub və bu, bəzi azarkeşlər və KİV nümayəndələrinin qəzəbinə səbəb olub.

Riberi buna cavab olaraq "Twitter"də onu tənqid edənləri "qüsurlu qoruyucudan dünyaya gəlmiş paxıllar" adlandırıb və onların qohumlarını təhqir edib.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]
  • 293359
  • 0


Xəbər lenti