Video » Səhifə 5 » XeberlerTv.info

"Bəzilərinə baxanda, adam ölmək istəyir" - Nadir

"Bəzilərinə baxanda, adam ölmək istəyir" - Nadir
"İnstaqrama son günlər az baxıram. İstəmirəm, amma məcburam. Adam bəzi insanlara, videolara baxanda ölməyi gəlir".

xeberlertv.info-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə deyib. Sənətçi son günlər sosial şəbəkədə müzakirə edilən mərhum klarnet ifaçısı Zahid Sabirabatlı ilə bağlı paylaşımlara söz atıb:

"Rəhmətlik Habil Əliyev deyib: "Adam öləndə necə hörmətli olur". Hər bir insana sağlığında qiymət verək, öləndən sonra yox. Adam öləndən sonra necə hörmətli olur. Adam deyir ölüm, "vesim" qalxsın".
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Şamaxıda itlərin insanlara hücumu halları çoxalıb - VİDEO

Şamaxıda itlərin insanlara hücumu halları çoxalıb - VİDEO
Şamaxıda son bir ildə itlərin insanlara hücumu halları çoxalıb.

xeberlertv.info-ın məlumatına görə, rayonda son bir ildə 260 dan çox insanı it tutub.

Sahibsiz itlərinin çoxalması, bu cür xoşagəlməz hadisələrin artmasına səbəb olur.

Sürü halında gəzən itlər hər tərəfə qorxu saçır. Şəhərin bir çox küçəsində sahibsiz itləri görmək mümkündür. Adətən ac itlər zibil qutusunu özlərinə məskən seçirlər. Yem tapmadıqda isə insanlara hücum edirlər.

Bəzən insanlar küçədə rahat hərəkət etməyə belə qorxurlar. Məktəblilər isə dəfələrlə itlərin hücumuna məruz qaldıqlarını bildirirlər.

Ötən il it tutma hadisəsi nəticəsində xəstəxanaya müraciət edənlərin sayı da artıb.

Şamaxı Rayon Mərkəzi xəstəxanasından verilən məlumata görə onlardan üçü ağır xəsarətlə cərrahiyə şöbəsinə müraciət edib.

Bu cur xoşagəlməz hadisələrin yaşanması üçün başlıca olaraq sahibsiz itlərə xüsusi sığınacaqların tikilməsi vacibdir. Bu zaman sığınacağa yerləşdirilən itlər həm vaxtı-vaxtında qidalanmış olar, həmdə baytar nəzarətində saxlanılır.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Moskvada naməlum şəxslər kriminal avtoriteti qaçırıblar - VİDEO

Moskvada naməlum şəxslər kriminal avtoriteti qaçırıblar - VİDEO
Moskvada ukraynalı kriminal avtoritetin oğurlanmasının görüntüləri yayılıb.

xeberlertv.info Ren.TV-yə istinadən xəbər verir ki, videoda “Bazilik” restoranı qarşısında naməlum şəxslərin kriminal avtoritet Yuri Vasilenkoya atəş açdıqları görünür.

Bildirilir ki, həmin şəxslər Y. Vasilenkonu maşına zorla əyləşdirərək naməlum istiqamətdə aparıblar. Hələ də onun harada olduğu bilinmir.

Faktla bağlı cinayət işi qaldırılıb.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Bakıda “donuz qripi” fırıldaqçıları peyda oldu - VİDEO

Bakıda “donuz qripi” fırıldaqçıları peyda oldu - VİDEO
Gürcüstanda “donuz qripi” virusunun olmasından istifadə edən bəzi şəxslər artıq Bakıda fırıldaqçılığa başlayıblar. Onlar sakinlərə yaxınlaşaraq, binaların bloklarında “donuz qripi”nə qarşı dezinfeksiya apardıqlarını bildirərək onlardan pul alıblar.

xeberlertv.info xezerxeber.az-a istinadən xəbər verir ki, həmin şəxslər paytaxtın Xətai, Suraxanı və Sabunçu rayonlarında belə bir addım atıblar.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin V və D massivlərində yaşayan sakinlər bildiriblər ki, özlərini təqdim etməyən şəxslər qapıları döyərək dezinfeksiya etməyi təklif edib, bunun qarşılığında iki manat pul istəyiblər.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə bildirib ki, həm mərkəzin özündə, həm də rayonlarda onların mərkəzi tərəfindən dezinfeksiya işləri aparılmır. Yalnız rayonlarda prodezinfeksiya idarələri Mənzil Kommunal Təsərrüfatı birlikləri ilə müqavilə əsasında bağça, məktəb və xəstəxanalarda bu işləri apara bilərlər.

Araşdırma zamanı məlum olub ki, həmin idarələr tərəfindən bu yaxınlarda heç bir dezinfeksiya işləri aparılmayıb.

Vətəndaşlara tövsiyə olunur ki, bu cür halla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etsinlər.


Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Qubada dəhşətli qəza: ölənlərdən biri boksçu imiş - YENİLƏNİB + FOTO/VİDEO

Qubada dəhşətli qəza: ölənlərdən biri boksçu imiş - YENİLƏNİB + FOTO/VİDEO
Quba-Xaçmaz yolunda baş verən dəhşətli qəzada ölənlərdən biri boksçu olub.

xeberlertv.info xəbər verir ki, Coşqun Qasımov yeniyetmələr arasında Azərbaycan çempionu imiş.

16:33

Quba-Xaçmaz yolunda baş verən dəhşətli qəzada ölənlərin sayı dörd nəfərə çatıb.

xeberlertv.info-ın Qafqazinfo-ya istinadən xəbərə görə, qəza nəticəsində xəsarət alaraq yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən Ramin Əlfəddin oğlu Seydəhmədov orada dünyasını dəyişib.

Xalaoğlu olan Qasımov Coşqun Kamil oğlu və Abasov Zakir Eldəniz oğlu isə hadisə yerində dünyasını dəyişmişdi. 10-cu sinif şagirdi olan xalaoğlular repetitor yanına gedirmişlər.

Qəzada ölən dördüncü şəxs isə Xaçmaz sakini, 32 yaşlı Nahid Məmmədovdur.

13:46

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

xeberlertv.info Xeberlertv-a istinadən xəbər verir ki, 2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zaman üç nəfər Xaçmaz rayon sakini - Coşqun Kamil oğlu Qasımov, Zakir Eldəniz oğlu Abasov və Nahid Teymur oğlu Məmmədov ölüb.

10:43

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

xeberlertv.info-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, 40 BS 143 dövlət nömrə nişanlı “VAZ 21010” markalı avtomobil 40 BL 944 dövlət nömrə nişanlı “Ford” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Bakıda qadını hipnoz edərək 4,3 min manatını əlindən aldılar – VİDEO

Bakıda qadını hipnoz edərək 4,3 min manatını əlindən aldılar – VİDEO
Dilənmək adı ilə girdikləri evdə ailə üzvlərini hipnoz vəziyyətinə salıb onlara qarşı soyğunçuluq edirlər.

xeberlertv.info xezerxeber.az-a istinadən xəbər verir ki, son günlər bu cür cinayətlərə xüsusən də paytaxtda tez-tez rast gəlinir.

Belə bir cinayətə məruz qalan şəxslərdən biri paytaxtın Xətai rayonu, Naximov küçəsində yaşayan Rühəngiz Əhmədzadədir. Onun sözlərinə görə, bir neçə gün əvvəl iki qadın dilənmək adı ilə evinin qapısını döyüb. R. Əhmədzadə onlara müəyyən məbləğdə pul verərək kömək edib. Söhbət əsnasında onlar qadına həm də falçı olduqlarını və yaxın vaxtlarda həmin evdə xoşagəlməz hadisə baş verəcəyini deyərək mənzilə daxil olublar.

Həmin vaxt fırıldaqçı qadınlar ev sahibinə qapını içəridən bağlamağı da tapşırıblar ki, onlara heç kim mane olmasın. Rühəngiz Əhmədzadəni hipnoz etdikdən sonra deyiblər ki, onun qızıllarını ziyarətgaha aparıb təxminən 1,5 saatdan sonra özünə qaytaracaqlar.

Zərərçəkmiş deyir ki, qadınlar getdikdən yarım saat sonra hipnozdan ayılıb və təxminən 4,3 min manat məbləğində ziyana düşdüyünü görüb. İlk olaraq o, bu barədə ailə üzvlərinə xəbər verib.

Qadın özünə gəldikdən bir az sonra polisə də məlumat verib. Xətai rayon Polis İdarəsindən bildirilib ki, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilir.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

"Qarabağ" Antalyada necə hazırlaşır? - VİDEO

"Qarabağ" Antalyada necə hazırlaşır? - VİDEO"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

Fanat.az klubun saytına istinadən xəbər verir ki, komanda hazırlığın üçüncü gününü iki məşqlə tamamlayıb. Səhər məşqi yerli vaxtla 11:00-da başlayıb və futbolçular laktat testindən keçib. Bu testin əsas mahiyyəti futbolçuların fiziki durumunu yoxlamaqdan ibarətdir.

Günün ikinci məşqi isə yerli vaxtla 17:30-da start götürüb. Futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib.

Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Niyaməddin Musayevin nəvələri ilk dəfə efirdə - Video

Niyaməddin Musayevin nəvələri ilk dəfə efirdə - VideoXalq artisti Niyaməddin Musayev “Dostlar” verilişinin qonağı olub.


xeberlertv.info-ın məlumatına görə, verilişin aparıcısı müğənni Nazənin ilk dəfə olaraq 78 yaşlı ifaçının nəvələrini efirdə göstərib. O bildirib ki, bu addımı N.Musayev üçün sürpriz olub:

“Niyaməddin müəllimin qızı Röyaya təşəkkür edirəm. Ona zəng etdim və dedim ki, atana belə bir sürpriz etmək istəyirəm. O da çox sağ olsun ki, məni qırmadı, razılıq verdi. Röya söylədi ki, sizə hər şey olar. Bilirik ki, atamı çox istəyirsiz”.
Süjetə baxan N.Musayev kövrəldiyini deyib:

“Bu bir həyat oldu mənə. Çünki bunun özü bir tarixdir. Kövrəldim. Nəvələrim əlaçıdırlar. Röya qızımın da, Orxan balamın da övladları yaxşı oxuyur”.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Zahid Sabirabadlının arvadı efirdə krediti üçün pul istədi - Video

Zahid Sabirabadlının arvadı efirdə krediti üçün pul istədi - VideoDünyasını dəyişən klarnet ifaçısı Zahid Sabirabadlının həyat yoldaşı Leyli "Bizimləsən" verilişinə gələrək kömək istəyib.

xeberlertv.info-ın məlumatına görə, övladı ilə proqrama qatılan Leyli evinin ipoteka krediti üçün kömək istəyib:

"Ailəsinə yaxşı baxırdı, ondan narazıçılığım olmayıb. Xəstəlikdən əziyyət çəkirdi, qazancı ona gedirdi. Amma birotaqlı ev almışdıq. İpoteka krediti idi, 3 illikdir. Vaxtımız bitdi, Zahid 6 ay vaxt almışdı. Zahidin 40-na qədər vaxt veriblər. 13 min borcumuz qalıb, ödəməsək, satışa çıxaracaqlar. Zahidi sevənlərdən dəstək istəyirəm, gücü çatan yardım etsin. Bura gələndə də çox tərəddüt edirdim, amma əlacım qalmadı".

Leyli xalq artisti Aftandil İsrafilovun onun həyat yoldaşı haqqında dediyi "Narkomanların yasına getmirəm" kəlməsinə münasibət bildirib:

"Ayıbdır. Getməmisən, denən gedə bilməmişəm. O sözün yeri yox idi. Zahid sinir xəstəliyindən əziyyət çəkirdi. Ürəyindən oldu, yatdı ayılmadı".
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]


Xəbər lenti