Video » Səhifə 4 » XeberlerTv.info

"80 yaşlı ərim 15-16 yaşlı qızlarla mənə xəyanət edir" - VİDEO

"80 yaşlı ərim 15-16 yaşlı qızlarla mənə xəyanət edir" - VİDEO
Türkiyənin “Beyaz TV” kanalında yayımlanan “Hayatta Her Şey Var” verilişinə zəng edən, adının açıqlanmasını istəməyən qadının həyat yoldaşı ilə bağlı etirafı hər kəsi şoka salıb.

xeberlertv.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 80 yaşlı həyat yoldaşının onu aldatdığını deyib. Ərinin evdə dayanmadığını deyən qadın tamaşaçı sözlərinə belə davam edib:

“Məni 15-16 yaşlı qızlarla aldadır. Üstəlik bunları evimə gətirir. Doğru dürüst evinə baxmır. Hazırda depresyadayam”
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Hacı Əliyev rəqibini döşəyə çıxmağa peşman etdi - VİDEO

Hacı Əliyev rəqibini döşəyə çıxmağa peşman etdi - VİDEO
Sərbəst güləş üzrə Hindistan Pro Liqasında üçqat dünya çempionumuz Hacı Əliyev ikinci qələbəsini qazanıb.

Onun kapitanı olduğu "Yodha” komandası II turda bu dəfə "Mumbay Maharathi”ni 4:3 hesabı ilə məğlub edib.

Hacı Əliyev (-65 kq) yerli idmançı Harful Culianı asanlıqla yenib – 7:0. Xatırladaq ki, o, ilk görüşündə də rəqibinə yeddi xallıq fərqlə qalib gəlmişdi.
Sərbəst güləş üzrə Hindistan Pro Liqasında üçqat dünya çempionumuz Hacı Əliyev ikinci qələbəsini qazanıb.

Onun kapitanı olduğu "Yodha” komandası II turda bu dəfə "Mumbay Maharathi”ni 4:3 hesabı ilə məğlub edib.

Hacı Əliyev (-65 kq) yerli idmançı Harful Culianı asanlıqla yenib – 7:0. Xatırladaq ki, o, ilk görüşündə də rəqibinə yeddi xallıq fərqlə qalib gəlmişdi.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Güclü külək Bakını cənginə alıb - YENİLƏNİB + VİDEO

Güclü külək Bakını cənginə alıb - YENİLƏNİB + VİDEO
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28-36 m/s təşkil edir.

Bu barədə xeberlertv.info-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan məlumat verilib.

Məlumatda qeyd edilib ki, dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir:

“Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda, paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır”.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30-35 m/saniyəyədək şiddətlənib.

09:00

Bu barədə xeberlertv.info-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan məlumat verilib.

Dalğanın hündürlüyü “Günəşli” yatağında 4,8 metrə çatıb. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda, paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir

07:19

Bakıda əsən şimal-qərb küləyinin sürəti saniyədə 24 metrə çatır, Abşeron yarımadasında isə saniyədə 26 metr, arabir 30 metrə qədər şiddətlənir.

Bu barədə xeberlertv.info-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan məlumat verilib.

Dalğaların hündürlüyü “Günəşli” yatağında 3,8 metr təşkil edir.

Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Rəsm çəkdiyinə görə şagirdini döydü - VİDEO

Rəsm çəkdiyinə görə şagirdini döydü - VİDEO
Sosial şəbəkələrin Rusiya seqmentində Tolyati şəhərinin məktəblərindən birində baş vermiş insident geniş müzakirə obyektinə çevrilib. Müəllimlə məktəbli qız arasında baş verən münaqişənin həvəskar görüntüsü yayılıb.

xeberlertv.info Rusiya mətbuatına istinadən xəbər verir ki, videodan müəllimin şagirdi necə döydüyünü görmək olur.

Videonun təsvirində, insidentin şagirdin dərs vaxtı rəsm çəkməsinə görə baş verdiyi qeyd olunur. Qəzəblənmiş müəllim qızın partasına yaxınlaşaraq üzərində olan bütün əşyaları çılğın şəkildə yerə atır və qızı şillələməyə başlayır.

“Dəli olmusunuz?”, - deyə şagird etiraz edib. “Mən, hə, sən isə yox. Sənin özünü şagird kimi aparmağını istəyirəm”, - deyə müəllimə söyləyib.

İnsident məktəbin beşinci sinfində baş verib. Tez-tez uşaqlara qarşı zorakılığa əl atan müəllimin məktəbin tədris hissə müdiri olduğu bildirilir.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Ronaldo "Yuventus"da ilk kubokunu qazandı - VİDEO

Ronaldo "Yuventus"da ilk kubokunu qazandı - VİDEO
Səudiyyə Ərəbistanının Ciddə şəhərində "Yuventus" və "Milan" arasında İtaliya Super Kuboku uğrunda görüş keçirilib.

Fanat.az xəbər verir ki, "King Abdullah Sports Sity" stadionunda təşkil olunmuş qarşılaşma Turin təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Oyunda yeganə qolu 61-ci dəqiqədə Kriştiano Ronaldo vurub. 73-cü dəqiqədə "Milan"ın yarımmüdafiəçisi Frank Kessyö kobud oyunu səbəbindən qırmızı vərəqə alıb.

"Qoca Sinyora" tarixində 8-ci dəfə İtaliya Super Kubokunu qazanıb. Ronaldo isə yeni komandasında ilk tutula sahib olub.

Qeyd edək ki, "Yuventus" ötən mövsüm ardıcıl 7-ci və ümumilikdə 34-cü dəfə İtaliya çempionu olub. "Milan" isə ölkə kubokunun finalında məhz bu komandaya uduzub.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Məşhurlar Nuranın təqdimatında "hoqqa çıxardı" - Video

Məşhurlar Nuranın təqdimatında "hoqqa çıxardı" - Video
Ötən gün müğənni Nura Suri paytaxt məkanlarının birində "Dönmək olmur" adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.

xeberlertv.info xəbər verir ki, ifaçının xoş gününə onun sənət yoldaşları da qatılıb.

Belə ki, xalq artisti Brilliant Dadaşova, müğənnilər Səidə Sultan, Sevda Yahyayeva, Vüsal Hacıyev, aparıcılar Samir
Bayramlı, Kazım Sübhan, aktyor Elşən Orucov, stilis Elnur Həsənov, vizajist Nigar İbrahimova və digərləri təqdimat mərasiminə gələrək Nuraya dəstək olub.

Media nümayəndələrininin də iştirak etdiyi tədbirdə Suri bildirib ki, "Dönmək olmur" mahnısına çəkdirdiyi klip "Gitme" adlı bəstəyə çəkilən ekran işinin davamıdır.

"Çəkilişlərimiz iki gün davam etdi. Beş geyimdən istifadə etmişik. Ümumilikdə klip üzərində 30-a yaxın adam çalışıb", - deyə sənətçi söyləyib.

Gənc müğənnilərin ifaları ilə davam edən tədbirdə daha sonra tort kəsilib. Bu anlar isə əyləncəli görüntülərə səhnə olub.

Qeyd edək ki, mahnının sözləri Elvin Babazadəyə, musiqisi və aranjimanı isə Fərid Ağaya məxsusdur. Nuranın geyimlərini modelyerlər Elnarə Bəkirova, Aynur Xəlilova, Zümrüd Mirzəliyeva hazırlayıb.

Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Məşhurlardan maraqlı rəqs - Video

Məşhurlardan maraqlı rəqs - Video
Xəbər verdiyimiz kimi, müğənni Nura Suri ötən gün təqdimat mərasimi keçirib.

xeberlertv.info-ın məlumatına görə, gecənin qonaqları arasında şou-biznes nümayəndələri də yer alıblar. Təqdimatdan sonra tanınmışlar üçün parti təşkil edilib.

Gecədə Səidə Sultan, Samir Bayramlı, Zümrüd Bədəlova və Nura rəqs nümayiş etdirib. Onların həmin an lentə alınan görüntüləri sosial şəbəkədə yayılıb.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Səidədən cəsarətli klip - Video

Səidədən cəsarətli klip - Video
Müğənni Səidə Sultan yeni klipini təqdim edib.

xeberlertv.info xəbər verir ki, ifaçının "Kin" adlı mahnısına çəkdirdiyi ekran işindəki görüntüləri izləyicilərini təəccübləndirib.

Bir-birindən fərqli və cəsarətli obrazlarda olan Səidənin klipini görən sosial şəbəkə istifadəçilərinin bəziləri videonu bəyənsə də, bəziləri sənətçini açıq-saçıq geyimlərinə görə tənqid edib.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Elzadan müğənnilərə: "Donuza oxşasınlar"

Elzadan müğənnilərə: "Donuza oxşasınlar"
Əməkdar artist Elza Seyidcahan şou-biznes nümayəndələrini tənqid edib.

xeberlertv.info-ın məlumatına görə, müğənni "Show news"a açıqlamasında sənət adamlarının ünvanına bunları deyib:

"Bu il donuz ilidir. Yaxşılıq bacarmırlarsa, pislik də etməsinlər. Başlarını donuz kimi aşağı salıb, yeməklərini yesinlər, yatsınlar. Elə etsələr, yəqin pislik də ağıllarına gəlməz. Yaxşılıq əllərindən gəlmir, onlardan bunu ummuruq da.

Pislik etməmək üçün deyirəm ki, donuza oxşasınlar".

Xəbər lenti