Video » Səhifə 3 » XeberlerTv.info

Polisdən əməliyyat: hücum planlaşdıranlar həbs edilib - VİDEO + FOTO

Polisdən əməliyyat: hücum planlaşdıranlar həbs edilib - VİDEO + FOTO
ABŞ-da müsəlmanların yaşadığı qəsəbəyə hücum planlaşdıran qruplaşma üzvləri həbs edilib.

Bu barədə xeberlertv.info WHEC telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, onlar Roçester şəhərində həbs olunublar. Saxlanılanlar 18-20 yaşlarında üç kişi və 16 yaşlı gəncdir. Onlar müsəlmanların yaşadığı, Nyu-York ştatındakı İslamberq qəsəbəsinə hücum hazırlığında ittiham edilirlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar zamanı şübhəli şəxslərdə bir neçə əldəqayırma partlayıcı qurğu aşkarlayıb. Həbs edilənlərə qarşı sui-qəsd və silah saxlama maddələri üzrə ittihamlar irəli sürülüb
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Azərbaycanda maye qaz bahalaşdı - VİDEO

Azərbaycanda maye qaz bahalaşdı - VİDEO
Gəncədə maye qazın satış qiyməti yanvarın 5-dən 5 qəpik artırılıb. Sürüclər azı iki həftədir ki, məntəqələrdən əvvəl 45 qəpiyə olan qazı indi 50 qəpiyə aldıqlarını deyirlər.

xeberlertv.info Xezerxeber.az-ıa istinadən məlumat verir ki, yanacaqdolurma məntəqələrində yeni qiymətləri inkar edən yoxdur. Bəzilərində qazın 50 qəpiyə satıldığı, hətta qiymət lövhələrində də əks olunub. Ancaq bahalaşmanın hansı qərara əsaslandığını deyən yoxdur.

Analoji hadisə Şəkidə də müşahidə edilir. Burda isə vətəndaşlar maye qazın 10 qəpik bahalaşdığını deyir.

Qaz satışı ilə məşğul olan şirkətin məsul əməkdaşı bildirir ki, qiymətlərin paytaxtdakı 45 qəpiklik qiymət əvəzinə 55 qəpiyə satılmasının bir sıra səbəbləri var.

İqtisadiyyat Nazirliyindən məsələ ilə bağlı "Xəzər Xəbər"ə bildirdilər ki, maye qazın topdan satışının qiyməti dövlət tərəfindən tənzimlənir. Bir ton qazın topdan satış qiyməti 300 manatdır. Ancaq qazın pərakəndə satış qiyməti dövlət tərəfindən tənzimlənmir. Buna görə də daşınma xərclərindən asılı olaraq müxtəlif bölgələrdə maye qazın qiyməti fərqli ola bilər.

Ancaq maraqlısı budur ki, yanvar ayında maye qazın pərakəndə satış qiymətinin artması üçün heç bir qiymət artımı və ya rüsum dəyişikliyi olmayıb. Bu yerdə sual yaranır: Bəs maye qazın satışında son bir ayda baş verən bahalaşmaya səbəb nədir?

İqtisadiyyat Nazirliyi və SOCAR qiymət artımını şərtləndirəcək hansısa hadisənin baş vermədiyini bildiriblər.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Əməkdar artist Arif Alışanova: Mənimlə ədavətin nə idi? - VİDEO

Əməkdar artist Arif Alışanova: Mənimlə ədavətin nə idi? - VİDEO
Əməkdar artist Vasif Məhərrəmli öz “Instagram” səhifəsində canlı yayımda vəzifəsindən azad edilən AzTV-nin sədri Arif Alışanova müraciət ünvanlayıb.

xeberlertv.info-ın xəbərinə görə, buna səbəb Arif Alışanovun ifaçının AzTV-də çıxışına qadağa qoyması idi.

“Videonu paylaşmaqda məqsədim var. On ildən artıqdır ki, AzTV-də yoxam. Kanalın təşkil etdiyi tədbirlərə dəvət almıram, çıxış etmirəm. Bunun səbəbini Arif Alışanovdan soruşmaq istəyirəm. Mənimlə ədavətin nə idi? Cavab verə bilməyəcəksən. Çünki peşəkar insan, televiziya adamı deyilsən. Öz işinlə məşğul olsan daha yaxşı olar”, - deyə müğənni bildirib.
Xatırladaq ki, Arif Nizam oğlu Alışanov yanvarın 15-də prezident İlham Əliyevin sərəncamı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.


Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Mehriban Xanlarova anası üçün göz yaşı tökdü - Video

Mehriban Xanlarova anası üçün göz yaşı tökdü - Video
Əməkdar artist Mehriban Xanlarova “Şou ATV” proqramında qonaq olub.

xeberlertv.info xəbər verir ki, canlı yayım zamanı studiyaya aktrisanın anası Bibiş Xanlarova dəvət edilib.

Anasını görən aktrisa göz yaşlarına boğulub. O, anasının əlindən öpərək, qarşısında diz çöküb.

Xanlarova bildirib ki, valideynləri eşitmə və dil qüsurludur:

"Uşaq vaxtı biz danışa bilmirdik. Qonşular nəsə deyəndə, başa düşmürdük. Gərək əl-qol hərəkətlər edərdilər ki, biz insanların nə dediyini anlayardıq. Daha sonra bibim Zeynəb Xanlarova bizi məktəbə qoydu və beləcə, hərf öyrəndik".

Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Ağamirzə özünə qazdırdığı qəbri nümayiş etdirdi - Video

Ağamirzə özünə qazdırdığı qəbri nümayiş etdirdi - Video
Meyxanaçı Ağamirzə "5/5" verilişinin "Unuda bilmirsən" rubrikasının qonağı olub.

xeberlertv.info-ın məlumatına görə, ifaçı evini, illərdi yaşadığı yerləri nümayiş etdirib. "Göyərti əkirdim, kələm becərirdim. İndi hərdən maşınıma, özümə baxıram ki, kim olmuşam?" deyə, meyxanaçı bildirib.

Ağamirzə bildirib ki, ailəsinin istəyi və seçdiyi xanımla ailə qurub:

"Mən evlənəndə atam dünyasını dəyişmişdi. Bizdə belədir, ailə seçməlidir. Məni otuzdurub dedilər ki, filan yerdə filankəs var, budur. Mən də evləndim".

Meyxanaçı daha sonra özünə qazdırdığı qəbri nümayiş etdirib.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Şamaxı ağ örpəyə bürünüb - VİDEO

Şamaxı ağ örpəyə bürünüb - VİDEO
Ölkənin şimal-qərb bölgəsinə qar yağıb.

xeberlertv.info-ın bölgə müxbirinin verdiyi xəbərinə görə, Şamaxıda ötən gün başlayan qar gün boyu davam edib.

Yanvarın 18-də, rayon ərazisində gün boyu qarlı, şaxtalı hava müşahidə olunub. Şəhərin mərkəzində beş, dağlıq ərazilərdə isə 10-15 santimetr qar yağıb.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

“Bayern” açılış matçında qələbə qazandı - VİDEO

“Bayern” açılış matçında qələbə qazandı - VİDEO
Almaniya Bundesliqasında XVIII tura start verilib.

xeberlertv.info xəbər verir ki, Almaniya nəhəngi “Bayern” turun açılış matçında “Hofenhaym” səfərində olub.

Görüş Münhen klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Bayern”dən qolları Leon Qoretska (dubl) və Robert Levandovski, meydan sahiblərindən isə Niko Şults fərqlənib.

Qeyd edək ki, bu qələbədən sonra ikinci sırada olan “Bayern” lider Dortmund “Borusiya”sı ilə xal fərqini üçə endirib.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Abel Məhərrəmov toyda “Yallı” getdi - VİDEO

Abel Məhərrəmov toyda “Yallı” getdi - VİDEO
Ötən il Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunan BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun nişan mərasimində rəqs etdiyi anın görüntüləri yayılıb.

xeberlertv.info qafqazinfo-ya istinadən xəbər verir ki, eks-rektor paytaxtın məşhur restoranlarından birində qardaşı qızı Fidanın nişan mərasimində qonaqlarla birlikdə “Yallı” oynayıb. Görüntüləri fotoqraf Fuad İsmayılov İnstaqram hesabında canlı yayımlayıb.
Həmin videonu təqdim edirik:
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]


Xəbər lenti