Video » Səhifə 2 » XeberlerTv.info

Ranar ayaqyolunda rəqs etdi – Video

Ranar ayaqyolunda rəqs etdi – Video
“5-ci element” proqramının aparıcısı Ranar Musayev videosu ilə gündəmə gəlib.

xeberlertv.info xəbər verir ki, aparıcı sosial media hesabına restoranların birinin tualetində rəqs etdiyi görüntüləri yerləşdirib.

O, paylaşımına “Səhər oyananda bu iki vacib məsələni unutmayın” deyə, şərh yazıb.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Xəyanət başında tutulan aparıcı efirdən getdi - VİDEO

Xəyanət başında tutulan aparıcı efirdən getdi - VİDEO
Teleaparıcı Kseniya Sobçak NTV-nin studiyasından getməsinin səbəbini açıqlayıb.

xeberlertv.info xəbər verir ki, o, bunu öz şəxsi həyatını efirdə müzakirə etmək istəməmsi ilə izah edib.

"Canlı efirdə Ukrayna ilə bağlı müsahibəyə razılaşmışdıq. Efirə hazırlaşırdım, orada isə sanki boks rinqi vardı, iki boksçu və dava barədə uzun-uzadı danışıqlar".

Aparici qeyd edib ki, studiyadan getməsi təbii idi, çünki aparıcıların davranışı qəzəb doğurudu.

NTV-dən isə bildiriblər ki, Sobçakı davanı şərh etmək üçün studiyaya dəvət ediblər: "Sobçak qrim otağında qalmaqal yaratdı. Həyat yoldaşı Maksim Vitorqan və rejissor Konstantin Boqomolovun davası barədə süjet onun xoşuna gəlmədi və o, studiyanı tərk etdi".

Qeyd edək ki, yanvarın 21-də axşam Boqomolov və Vitorqan Moskvanın mərkəzindəki kafenin yaxınlığında Sobçaka görə dava ediblər. Bundan sonra rejissor burnunun və çənəsinin sındığını bildirib.

Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Səmədzadə oğlunun nişanında əməkdar artistlə belə rəqs etdi - Video

Səmədzadə oğlunun nişanında əməkdar artistlə belə rəqs etdi - Video
Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Səmədzadənin oğlu Mircəfər ailə həyatı qurub.

xeberlertv.info-ın məlumatına görə, Mircəfər Sanira Hatun adlı türkdilli, qırğız xanımla evlənib. Ötən gün cütlüyün nikah və böyük nişan mərasimi olub.

Məclisdən fotoları və videoları A.Səmədzadə sosial şəbəkə yayımlayıb. Məclisdə şou-biznes nümayəndələri də qonaq olublar.

Əməkdar artist Eyyub Yaqubovla Səmədzadənin rəqsi isə gecənin maraqlı məqamlarından biri olub.

Xatırladaq ki, Mircəfərlə Saniranın nişanlanma xəbəri 2017-ci ilin martında yayılmışdı.
Qeyd edək ki, A.Səmədzadə millət vəkili Ziyad Səmədzadənin qızıdır. Onun Ülkər adlı bir qızı da var. Ülkər ailə həyatı qurub və bir övlad anasıdır.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Amerika - Rusiya döyüşü: cəmi 35 saniyəyə nokaut - VİDEO

Amerika - Rusiya döyüşü: cəmi 35 saniyəyə nokaut - VİDEO
Kaliforniyanın İnqlvud şəhərində Bellator Qran-prisində ağır çəkidə final - "Bellator 214" turnirinin əsas döyüşü keçirilib.

Fanat.Az xəbər verir ki, finalda rusiyalı Fyodor Yemelyanenko amerikalı Rayan Beyderlə üz-üzə gəlib.

Döyüş cəmi 35 saniyə davam edib. Amerikalı döyüşçü rusiyalı rəqibini nokauta salaraq çempionluq kəmərinə sahib çıxıb.

Qeyd edək ki, bu Yemelyanenkonun 45-ci döyüşdə 6-cı məğlubiyyəti olub. Beyder isə 27-ci qələbəsini qazanıb. Onun hesabında 5 məğlubiyyət var.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Xalq artisti Könül Xasıyevanın videosunu yaydı

Xalq artisti Könül Xasıyevanın videosunu yaydı
Xalq artistləri Könül Xasıyeva və Naibə Allahverdiyevanın birlikdə videosu yayılıb.

xeberlertv.info-ın məlumatına görə, videonu aktrisa sosial şəbəkədə paylaşıb. O, Xasıyeva ilə qonşu olduğunu bildirib.

"Marketdə görün kiminlə rastlaşdım. Sən demə, biz qonşu imişik" deyə, Naibə bildirib.

Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Gəncədə güclü yanğın - “Ucuzluq” yandı (VİDEO)

Gəncədə güclü yanğın - “Ucuzluq” yandı (VİDEO)
Gəncədə paltar dükanı yanıb.

xeberlertv.info Baku.ws-yə istinadən xəbər verir ki, yanğın ümumi sahəsi 500 kv/m olan 3 mərtəbəli “Ucuzluq” adlı mağazada baş verib.

Mağaza binasının birinci mərtəbəsində baş verən yanğın qısa müddətdə güclənib. Nəticədə həmin mərtəbə əşyaları ilə birgə yanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Keçmiş prezidentə 13 il həbs cəzası verildi - VİDEO

Keçmiş prezidentə 13 il həbs cəzası verildi - VİDEO
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç 13 il müddətinə azadlıqdan məhrum edilib.

xeberlertv.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kiyevin Obolon rayon məhkəməsi qərar verib.
Buna səbəb sabiq prezidentin dövlətə xəyanətdə və təcavüzkar müharibə aparmaqda ittiham edilməsidir.
Məhkəmə onun əmlakına da həbs qoyub.
V. Yanukoviç Rusiya ərazisində olduğundan onun barəsində xüsusi prosedur nəzərdən keçirilir.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Mətanət Ayaza oxumağa imkan vermədi – Video

Mətanət Ayaza oxumağa imkan vermədi – Video
Əməkdar artist Mətanət İsgəndərli “Şou ATV” proqramının qonağı olub.

xeberlertv.info xəbər verir ki, verilişdə eyni zamanda müğənni Ayaz Qasımov və rəqqasə Fatimə Fətəliyeva da qonaq qismində yer alıblar.

Proqram zamanı müğənnilər canlı ifalar nümayiş etdirib. Lakin Mətanət İsgəndərli ifa zamanı Ayaz Qasımovun önplana çıxmasına imkan verməməyə çalışıb.

Ayazın narazı olması isə mimikalarından bəlli olub.

Bundan başqa, İsgəndərlinin səsinin yerində olmaması da diqqətdən yayınmayıb. Onun canlı ifası sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Sözügedən görüntüləri təqdim edirik:
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

Hündürlük fobiyası olan Samirin yalanı ortaya çıxdı – Video

Hündürlük fobiyası olan Samirin yalanı ortaya çıxdı – Video
Ötən günlərdə müğənni Nura Surinin “Dönmək olmur” adlı klip təqdimatı keçirilmişdi.

xeberlertv.info xəbər verir ki, Samir Piriyev isə təqdimat olunan məkana gəlsə də, 23-cü mərtəbədə keçirilən tədbirə fobiyası olduğu üçün çıxa bilməyəcəyini deyib.

Ancaq ötən gün eyni məkanda Kazım Sübhanın doğum günü keçirilib. Samir isə 23-cü mərtəbədə keçirilən ad gününə qatılıb.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]

"Neftçi" 580 minə futbolçu transfer etdi - VİDEO

"Neftçi" 580 minə futbolçu transfer etdi - VİDEO
Vangelis Platellasın "Neftçi"yə keçidi həll olunub.

Fanat.Az xəbər verir ki, paytaxt klubu yeni transferini rəsmi saytında yayımladığı video ilə açıqlayıb. Ancaq yunanıstanlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları haqda hələlik məlumat verilməyib.

Qeyd edək ki, Platellas karyerası ərzində Yunanıstanın "Xalliteya", "Şkoda", AEK, "Atromitos", "Aris" və OFI klublarında oynayıb. "Neftçi"nin ona 300 min avro (580 min manat) verəcəyi deyilir.
Devamı
[rating-type-4]
{likes} {dislikes}
[/rating-type-4]


Xəbər lenti