Bakıda zəncirvari qəza: yük maşını aşdı - VİDEO

video

48654

Bakıda zəncirvari qəza: yük maşını aşdı - VİDEO
Bakıda səhər saatlarında ağır zəncirvari yol qəzası baş verib.

Bu barədə xeberlertv.info-a hadisə şahidləri məlumat veriblər.

Məlumata görə, qəza Ziya Bünyadov prospektində, Ayna Sultanova heykəlinin yaxınlığında qeydə alınıb.

Bildirilib ki, iki minik və bir yük maşınının toqquşması nəticəsində sonuncu aşıb. Əraziyə yol polisləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.