Nazirlər Kabineti bu qanuna dəyişiklik etdi

video

143100

Nazirlər Kabineti bu qanuna dəyişiklik etdi

Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.

Axar.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə doktoranturaların yaradılması ləğv edilib.

Artıq Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində fəlsəfə doktoru üzrə kadrlar hazırlanmayacaq.

Yeni qərarla Gənclər və İdman Nazirliyi üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəlsəfə doktoru və elmlər doktoru üzrə kadr hazırlığı aparılacaq.