Salyanda 2 nömrəli şəhər tam orta məktəbini bitirən məzunlardan 44-ü tələbə adını qazanıb

tehsil

154548

Salyanda 2 nömrəli şəhər tam orta məktəbini bitirən məzunlardan 44-ü tələbə adını qazanıb

Salyanda ümumtəhsil məktəblərini bitirən onbirincilər arasında ən yüksək nəticəni 2 nömrəli şəhər tam orta məktəbinin məzunları əldə edib.

2018-2019-cu tədris ilində təhsil müəssisəsindən 59 nəfər məzun olub. Onlardan 45-i ali məktəblərə keçirilən qəbul imtahanlarında gücünü sınayıb və 44-ü tələbə adını qazanıb. Məzunlardan 6 nəfəri 500-600 arası, 2 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Ali məktəbə qəbul olan şagirdlər arasında daha çox fərqlənən isə İnqilab Hüseynzadə və Əli Vəliyevdir. İnqilab 685 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq, Əli isə həmin universitetin kompüter mühəndisliyi fakültəsinə qəbul olub.

Məktəbin direktoru onu da qeyd etdi ki, İnqilab tam orta məktəbi yüksək qiymətlərlə başa vurduğuna görə qızıl medala və xüsusi nümunəvi attestata, Əli isə fərqlənmə attestatına sahib olub.

Xatırladaq ki, ötən il 2 nömrəli şəhər tam orta məktəbi bitirən şagirdlərdən 35-i ali məktəblərə sənəd verib, onlardan 27-si tələbə adını qazanıb.

Səmil Şahlar oğlu Quliyev