Peşə təhsili müəssisələrinə sənəd qəbulunun 2-ci turu keçiriləcək

tehsil

24327

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun 2-ci turu keçiriləcək

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan yerlərə qəbul avqustun 28-dən sentyabrın 5-dək keçiriləcək.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, boş qalan yerlər barədə məlumat avqustun 28-də elan olunacaq.
İkinci turun sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçiriləcək.
Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılacaq. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılacaq.
Sənəd qəbulu prosesinin 2-ci turunda 1-ci turda iştirak etməyən şəxslər də iştirak edə bilərlər.