Rezidenturanın boş qalan yerlərinə ərizə qəbulu bu gün başa çatır

tehsil

24327

Rezidenturanın boş qalan yerlərinə ərizə qəbulu bu gün başa çatır

Rezidenturanın boş qalan yerlərinə ərizə qəbulu bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul olanların qeydiyyatı başa çatıb. Boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən və ixtisas seçiminə buraxılmış namizədlər avqustun 8-i saat 16:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əsli və surətini təqdim etməklə, Mərkəzə (ünvan: Bakı şəhəri, Ə.Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası) şəxsən müraciət edə bilərlər. Boş qalan yerlərə qəbul olan namizədlərin qeydiyyatı isə avqustun 9-da aparılacaq.