Rezidenturanın boş qalan yerlərinə ixtisas seçimi aparılır

tehsil

30051

Rezidenturanın boş qalan yerlərinə ixtisas seçimi aparılır

Rezidenturanın boş qalan yerlərinə ixtisas seçimi aparılır.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul olanların qeydiyyatı başa çatıb. Boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən və ixtisas seçiminə buraxılmış namizədlər avqustun 8-i saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əsli və surətini təqdim etməklə, şəxsən Mərkəzə (ünvan: Bakı şəhəri, Ə.Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.
Boş qalan yerlərə qəbul olan namizədlərin qeydiyyatı isə avqustun 9-da aparılacaq.