İnnovativ texnoparklarda dördüncü sənaye inqilabı komponentlərinin inkişaf perspektivləri araşdırılıb

tehsil

18603

İnnovativ texnoparklarda dördüncü sənaye inqilabı komponentlərinin inkişaf perspektivləri araşdırılıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunda innovativ texnoparklarda dördüncü sənaye inqilabı komponentlərinin tətbiqi xüsusiyyətləri və inkişaf perspektivləri araşdırılıb.
Bu barədə institutun növbəti elmi seminarında məlumat verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev texnoparkların fəaliyyətinin idarə edilməsində 4-cü sənaye inqilabının tətbiqi xüsusiyyətlərindən və inkişaf perspektivlərindən danışıb. O qeyd edib ki, innovasiyayönümlü, informasiyaya və biliyə əsaslanan iqtisadiyyatın qurulmasında texnoparklar böyük rola malikdir. Texnoparkların fəaliyyətinin effektiv idarə edilməsi prosesi IV sənaye inqilabının elementləri və müasir İKT-nin nailiyyətləri əsasında həyata keçirilib, müvafiq prosesin modelləşdirilməsi üzrə təklif və tövsiyələr işlənilib.