Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir

tehsil

30051

Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir

İyulun 19-da riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iyulun 18-də ibtidai sinif müəllimliyi üzrə test imtahanları başa çatıb. İmtahanda iştirak edən Vüsalə Ramazanova 57 bal toplayaraq rus bölməsi üzrə namizədlər arasında yüksək nəticə göstərib. Vüsalə Ramazanova 1998-2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində ibtidai təhsilin pedaqogika və metodikası ixtisası, 2009-2012-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə təhsil alıb.
İmtahanlar iyulun 24-dək davam edəcək.