Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə

tehsil

31482

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün iyulun 26-da növbəti elektron sınaq imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə təşkil olunacaq. İmtahan saat 10:00-da başlanacaq.
Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat iyulun 26-da saat 09:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom linkinə daxil olmaq lazımdır.
Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.
Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək.