Pedaqoji Universitetin məzunu müəllimlərin işə qəbulu imtahanında yüksək nəticə göstərib

tehsil

21465

Pedaqoji Universitetin məzunu müəllimlərin işə qəbulu imtahanında yüksək nəticə göstərib

Müəllimlərin işə qəbulu imtahanlarında fizika fənni üzrə test imtahanında iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) məzunu Günay Məstəliyeva 57 bal toplayaraq namizədlər arasında yüksək nəticə göstərib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Günay Məstəliyeva 2011-2015-ci illərdə ADPU-nun Fizika və texnologiya fakültəsində fizika müəllimliyi ixtisası üzrə ali təhsil alıb.