Fransız alimləri metal hidrogen əldə etdiklərini bəyan ediblər » XeberlerTv.info

Fransız alimləri metal hidrogen əldə etdiklərini bəyan ediblər

Fransız alimləri metal hidrogen əldə etdiklərini bəyan ediblər

Fransız alimləri bəyan ediblər ki, onlar ilk dəfə ekzotik maddə olan və yalnız nəhəng qaz planetlərinin tərkində yerləşən metal hidrogen əldə ediblər. AZƏRTAC Science Alert saytına istinadla xəbər verir ki, bu kəşfin sayəsində ekstremal şəraitdə qazın maksimal dərəcədə sıxılaraq metal xassələrinə malik olması və keçiriciyə çevrilməsi mümkün olub.
Tədqiqatçılar almaz zindan vasitəsilə təzyiqin 600 milyard paskala yüksəlməsinə nail olublar. Halbuki metal hidrogenə keçid fazasında 425 paskal təzyiq və 80 kelvin (-193 dərəcə Selsi) temperatur tamamilə yetərlidir. Eksperiment zamanı maddə bütün infraqırmızı şüaları udaraq elektronların enerjindən ibarət zona yaradıb və bu yolla keçirici xüsusiyyətinə malik olan metal hidrogen əmələ gəlib.
Lakin Yer kürəsində mövcudluğu imkansız sayılan metal hidrogenin əldə edilməsi xəbəri dünyanın bir çox alimləri tərəfindən şübhə ilə qarşılanıb. Bundan əvvəl də irəli sürülən bu cür iddiaların sonradan yalan olduğu məlum olub. Bir qrup fizik isə bunun mümkün olduğu qənaətindədir. Bütün hallarda eksperiment geniş elmi ictimaiyyətə təqdim edilməlidir.
2017-ci ilin yanvarında Harvard Universitetinin alimlər qrupu bəyan etmişdi ki, onlar metal hidrogenin əmələ gəlməsini göstərən Viqner-Hantinqton faza keçidini müşahidə ediblər. Alimlər əlavə etmişdi ki, onlar yüksək təzyiq fizikasının Yer kürəsində qeyri-mümkün hesab edilən nümunəsini öz gözləri ilə görüblər.

28 in , 2019 16:00


Xəbər lenti