DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Qax rayonunda vətəndaşları qəbul edib

tehsil

61533

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Qax rayonunda vətəndaşları qəbul edib

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyunun 28-də şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Qax rayonunda vətəndaşları qəbul edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, qəbulda Qax rayonunun sakinləri ilə yanaşı, Zaqatala və Balakən rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər. DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
Görüşdə əsasən subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulu, ali və orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin qəbulu, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, rezidenturaya qəbul, qabiliyyət imtahanları və digər məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciətlər edilib.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da Məleykə Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.