Azərbaycanlı alim beynəlxalq simpoziumda məruzə edib

tehsil

30051

Azərbaycanlı alim beynəlxalq simpoziumda məruzə edib

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı Türk Tarix Qurumu, Türkiyə Cümhuriyyətinin Samsun valiliyi və Samsun 19 Mayıs Universitetinin birlikdə təşkil etdiyi “100-cü ilində 19 may və milli mücadilə” adlı beynəlxalq elmi simpoziumda iştirak edib.
Qafqazşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, AMEA-nın müxbir üzvü Musa Qasımlı beynəlxalq simpoziumda “Birinci Dünya müharibəsindən sonra bolşevik Rusiyası və Türkiyənin yaxınlaşmasına təsir edən amillər (Rusiya arxiv mənbələri əsasında)” mövzusunda məruzə edib və bölmə iclaslarından birinin moderatoru olub.