Altı mindən çox bakalavr ixtisaslaşma seçimi edib

tehsil

34344

Altı mindən çox bakalavr ixtisaslaşma seçimi edib

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bakalavrların ixtisaslaşma seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, iyunun 17-si saat 10:40-a olan məlumata görə, ümumilikdə 6381 nəfər (Azərbaycan bölməsi üzrə 5874, rus bölməsi üzrə 507) ixtisaslaşma seçimi edərək ərizəsini təsdiqləyib.
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi iyunun 18-dək aparılacaq.
“Magistr” jurnalının bu il nəşr olunan 4 nömrəli buraxılışının 42-ci səhifəsində Bakı Ali Neft Məktəbinə qəbul üçün 248116 kodlu Biznesin idarə edilməsi (MBA proqramı üzrə) ixtisası Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə ikili diplom proqramı olaraq göstərilib. Həmin ixtisas üzrə təhsil ingilis dilindədir və proqramı müvəffəqiyyətlə bitirən hər bir tələbəyə yekunda yalnız Bakı Ali Neft Məktəbinin diplomu verilir.