Qəhrəmanlar unudulmur

tehsil

77274

Qəhrəmanlar unudulmur
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Azərbaycan dilli “Vikipediya”da Qarabağ müharibəsi iştirakçısı Elşad Ağayev və Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçu Fizuli Salahov haqqında məqalə yaradılıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, məqalələrdə Elşad Ağayevin və Fizuli Salahovun həyatı və keçdikləri döyüş yolu barədə məlumat verilib. Qeyd edilib ki, Elşad Ağayev Beyləqan istiqamətində gedən döyüşlərdə şəhid olub. O, göstərdiyi şücaətə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Fizuli Salahov isə 2017-ci il dekabrın 13-də cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub. O, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” II dərəcəli medal ilə təltif edilib.
Məqalələrlə daha ətraflı qeyd edilən linklərdə tanış olmaq mümkündür:
https://az.wikipedia.org/wiki/El%C5%9Fad_A%C4%9Fayev?fbclid=IwAR3scOfmZVHUOOUQwK4cGBKu42aF8y5UGUCDUAn-QYSpMQhwwnAimJN9wjA
https://az.wikipedia.org/wiki/Fizuli_Salahov?fbclid=IwAR3K-mCpyWDF8OwylqWRhxcTpHimB4XFo8HC4VNSQtu35az3t5gJP8m5uU