“Əli Nəzmi arxivinin təsviri” kitabı nəşr olunub

tehsil

60102

“Əli Nəzmi arxivinin təsviri” kitabı nəşr olunub
“Əli Nəzmi arxivinin təsviri” kitabı çapdan çıxıb.
XX əsrin görkəmli Azərbaycan şairi, “Molla Nəsrəddin” ədəbi məktəbinin fəal nümayəndəsi olan Əli Nəzminin Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan 109 saxlama vahidindən ibarət arxiv materialları sistemli şəkildə kitabda təsvir olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitabda Ə.Nəzminin arxivinə aid olan materiallar – mənzum əsərləri, pyesləri, tərcümeyi-hal və xatirələri, şəxsiyyətinə dair sənədlər, ona yazılmış məktublar, eləcə də müxtəlif sənədlər barədə məlumat verilir. Arxivin təsviri zamanı əlyazmaların, həmçinin sənədlərin dili və üslubu olduğu kimi saxlanılıb.
Kitabı tərtib edənlər Əlyazmalar İnstitutunun əməkdaşları Könül Bağırova və Aytən İmanovadır. Nəşrin redaktoru və “Ön söz”ün müəllifi filologiya üzrə elmlər doktoru Nailə Səmədovadır.
Yeni nəşr Əli Nəzmi irsinin tədqiqatçıları üçün dəyərli məlumat mənbəyidir.