Azərbaycan Dövlət İqtisad Universiteti haqqında biblioqrafik göstərici nəşr edilib

tehsil

280545

Azərbaycan Dövlət İqtisad Universiteti haqqında biblioqrafik göstərici nəşr edilib
“Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dövri mətbuatda” annotasiyalı biblioqrafik göstərici işıq üzü görüb.

Universitetdən əldə etdiyimiz məlumatda bildirilir ki, UNEC-in nəşriyyatının baş redaktoru İsmət Səfərovun müəllifliyi ilə hazırlanan biblioqrafik göstərici 7 fəsildən ibarətdir. Kitabda 2014-2017-ci illərdə UNEC barədə dövri mətbuatda dərc olunan xəbər, məqalə, mühasibə və digər yazılar öz əksini tapıb.

Nəfis tərtibatda hazırlanan biblioqrafik göstərici UNEC-in nəşriyyatında çap olunub.