Azərbaycanda fəaliyyət göstərən rusdilli təhsil və mədəniyyət müəssisələri dövlət tərəfindən himayə olunur

tehsil

33072

Azərbaycanda fəaliyyət göstərən rusdilli təhsil və mədəniyyət müəssisələri dövlət tərəfindən himayə olunur
Ölkəmizdə fəaliyyət göstərən rusdilli təhsil və mədəniyyət müəssisələri Azərbaycan dövləti tərəfindən himayə olunur və büdcədən maliyyələşdirilir.

Bunu Azərbaycan Universitetinin professoru Asif Hacıyev Rusiyanın nüfuzlu “russkiymir.ru” informasiya portalına müsahibəsində söyləyib.

Universitetdən bildiriblər ki, A.Hacıyev müsahibəsində Sovet İttifaqının süqutundan sonra rus dilinin Azərbaycanda mədəniyyətin və gündəlik həyatın vacib elementi olması və dövlət tərəfindən dəstəklənməsi məsələsinə aydınlıq gətirib. Müsahibədə, həmçinin Azərbaycanda rus dilinin və rusdilli əhalinin ümumi vəziyyəti, rus dilində dərc olunan mətbu orqanlar, radio və televiziya kanalları, rus dilinin tədrisi və tədqiqi, ölkədə fəaliyyət göstərən rusdilli təhsil müəssisələri və mədəniyyət ocaqları haqqında maraqlı faktlar açıqlanıb.

Professor Azərbaycanın təhsil və iqtisadi məkanında rus dilində fəal istifadəni əmək bazarının tələbləri ilə yanaşı, xalqımızın tolerantlıq ənənələri və ölkəmizdə bu sahədə aparılan uğurlu dövlət siyasəti ilə əlaqələndirib.

Müsahibədə rus ədədbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsi, rus dili tərcüməçilərinin hazırlanması, rusistika sahəsində görülən işlər və bu kimi məsələlərə də toxunulub.