Baş nazirdən Təhsil Nazirliyi ilə bağlı qərar

tehsil

45966

Baş nazirdən Təhsil Nazirliyi ilə bağlı qərar
Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarda dəyişiklik edib.
Xəbərlərtv xəbər verir ki, dəyişikliyə görə, Təhsil Nazirliyinin kollegiyasının sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri - Bayramov Ceyhun Əziz oğlu, təhsil naziri

Kollegiyanın üzvləri:

Qurbanov Firudin İsa oğlu – Azərbaycan Respublikası təhsil nazirinin müavini
Vəliyeva Məhəbbət Məhərrəm qızı – Azərbaycan Respublikası təhsil nazirinin müavini
Məmmədov Rəhman Əli oğlu – Naxçıvan Muxtar Respublikasının təhsil naziri
Məmmədov Muxtar Məmməd oğlu – Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri
Mustafayev Famil Front oğlu – Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru
Piriyev Yaqub Maksim oğlu – Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini.