Ötən gün ibtidai sinif müəllimi olmaq istəyən 3 min 94 nəfər imtahan verib

tehsil

41694

Ötən gün ibtidai sinif müəllimi olmaq istəyən 3 min 94 nəfər imtahan verib

İyulun 18-də ibtidai sinif müəllimliyi üzrə (Azərbaycan bölməsi) keçirilən test imtahanlarında 3 min 94 nəfər iştirak edib, namizədlər arasında ən yüksək nəticə olaraq 59 bal qeydə alınıb.

Xəbərlərtv AZƏRTAC-a istinadən xəbər verir ki, ibtidai sinif müəllimliyi üzrə imtahanlar iyulun 19-da günün birinci yarısınadək davam edəcək. Günün ikinci yarısından sonra ingilis dili müəllimi olmaq istəyənlər imtahan verəcəklər. Bu fənni tədris etmək istəyən 3 min 505 namizədin imtahanda iştirakı nəzərdə tutulur.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir.