Bakıda 18 məktəbə yeni direktor təyin olunub, 4 direktorla əmək müqaviləsi ləğv edilib

tehsil

103032

Bakıda 18 məktəbə yeni direktor təyin olunub, 4 direktorla əmək müqaviləsi ləğv edilib


2019-2020-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 18 nəfər direktor vəzifəsinə işə qəbul edilib.

İdarədən verilən məlumata görə, 12 direktorun iş yeri dəyişdirilib, 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş həddinə çatmış 42 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. 4 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib. 2 xüsusi təhsil məktəbinin fəaliyyəti dayandırılıb.