“Kvartal-95” Bakıya gəlir

sou

40068

“Kvartal-95” Bakıya gəlir

Ukraynanın məşhur yumor şousu “Kvartal-95” studiyası oktyabrın 24-də Bakıda, Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı “Global Media Group” mediaholdinqidir.

Xatırladaq ki, “Kvartal-95” studiyası yumoristik məzmunlu proqramlar hazırlayan Ukrayna şirkətidir.

“95 Kvartal” Şən və Hazırcavablar Klubu komandası 2003-cü ildə “Kvartal-95” studiyası şirkətini yaradıblar. Onların əsas məqsədi orijinal yaradıcı ideyaların reallaşdırılması, öz televiziya layihələrinin və əyləncə şoularının istehsalı və tanıdılması idi.

2006-cı ildə KİV üzrə beynəlxalq reytinq müsabiqəsində “Kvartal-95” studiyasının kollektivi “Televiziyada ən əyləncəli proqram” nominasiyası üzrə Ukraynanın jurnalistika sahəsində ali mükafatı olan “Zolotoye Pero”ya layiq görülüb.

Şirkətin qurucusu və bədii rəhbəri Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenskidir.