Cənubi azərbaycanlı müğənni ağır qəzaya düşdü: Ölənlər var

sou

30051

Cənubi azərbaycanlı müğənni ağır qəzaya düşdü: Ölənlər var



Cənubi azərbaycanlı müğənni Afşin Azəri ağır avtomobil qəzası keçirib.

Xeberlertv.com xəbər verir ki, qəza Təbriz şəhərində baş verib. Hadisə zamanı ifaçının ailəsi də maşında olub.

Nəticədə digər avtomobildəki üç nəfər ölüb. Afşinin ailə üzvləri isə xəstəxanaya yerləşdiriliblər. Qəzaya sənətçinin avtomobili ilə toqquşan digər maşının sürücüsünün diqqətsizliyi səbəb olub.

Qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb.


Qeyd edək ki, A.Azəri “Can-can” adlı bəstəsi ilə Azərbaycan tamaşaçılarının rəğbətini və sevgisini qazanıb.