Azərbaycanda son sutkada 2187 nəfər COVID-19-a yoluxub, 634 nəfər sağalıb, 29 nəfər vəfat edib » XeberlerTv.info

Azərbaycanda son sutkada 2187 nəfər COVID-19-a yoluxub, 634 nəfər sağalıb, 29 nəfər vəfat edib

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 92281 nəfər koronavirus infeksiyasına yoluxub.Onlardan 64475 nəfər müalicə olunaraq sağalıb, 1160 nəfər vəfat edib, aktiv xəstə sayı 29646 nəfərdir.

Ölkədə son sutka ərzində 9784, hazırkı dövrədək isə 1617239 test aparılıb.


23 noy , 2020 17:21


Xəbər lenti