Tibbi maskalardan istifadə qaydalarına nəzarət sərtləşdirilir - RƏSMİ » XeberlerTv.info

Tibbi maskalardan istifadə qaydalarına nəzarət sərtləşdirilir - RƏSMİ

Tibbi maskalardan istifadə qaydalarına nəzarət sərtləşdirilir - RƏSMİ


2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Bildirilib ki, maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

Xatırladırıq ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

19 noy , 2020 14:52


Xəbər lenti