MSK sədri: ”Namizədlərin seçkiqabağı təşviqatlarının aparılması üçün 3500-ə yaxın yer ayrılıb” » XeberlerTv.info

MSK sədri: ”Namizədlərin seçkiqabağı təşviqatlarının aparılması üçün 3500-ə yaxın yer ayrılıb”

MSK sədri: ”Namizədlərin seçkiqabağı təşviqatlarının aparılması üçün 3500-ə yaxın yer ayrılıb”

"Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı proseslər Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilir".

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bu gündən etibarən namizədlərin seçkiqabağı təşviqat mərhələsinə başlanılıb: “Qanunvericiliyin tələblərinə uyğun olaraq, onlara açıq və qapalı məkanlarda yerlər ayrılmalıdır. Artıq həmin ünvanlar dairə seçki komissiyalarının lövhələrində asılıb. MSK tərəfindən də nəzarətdədir. 3500-ə yaxın belə ünvan var. Onların təxminən 1700-ü açıq, qalanları isə qapalı məkanlardır. Hesab edirəm ki, namizədlərə bütün imkanları yaratmışıq”.

30 noy , 2019 12:30


Xəbər lenti