Azərbaycan və Rusiya XİN nazirlərinin müavinləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

siyaset

21465

Azərbaycan və Rusiya XİN nazirlərinin müavinləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya xarici işlər nazirinin müavini, dövlət katibi Qriqori Karasin telefon danışığı keçiriblər.

SalamNews-un Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri, eləcə də beynəlxalq və regional gündəliyin müzakirəsi aparılıb.

Bundan əlavə, avqustun 12-də Türkmənistanın Avaza şəhərində keçiriləcək növbəti Xəzər İqtisadi Forumuna hazırlıq prosesi barədə də fikir mübadiləsi aparılıb.
Azərbaycan və Rusiya XİN nazirlərinin müavinləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
Azərbaycan və Rusiya XİN nazirlərinin müavinləri əməkdaşlıq məsələlərini müzakirə ediblər