Azərbaycan diplomatiyasının 100 illiyi münasibətilə İstanbulda tədbir keçirilib

siyaset

40068

Azərbaycan diplomatiyasının 100 illiyi münasibətilə İstanbulda tədbir keçirilib
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə iyulun 9-da İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önündə anım mərasimi keçirilib. Tədbir Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı ilə baş tutub.

AZƏRTAC xəbər verir ki, baş konsulluğun əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə güllər düzüblər.

Sonra tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyəti qurucularının dəfn olunduğu “Feriköy” məzarlığındakı abidəni ziyarət edib, xatirə lövhəsi önünə gül dəstələri qoyublar.