GUAM ölkələri arasında "blockchain" texnologiyası tətbiq olunacaq

siyaset

12879

GUAM ölkələri arasında "blockchain" texnologiyası tətbiq olunacaq

GUAM ölkələrinin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) müvafiq qurumları arasında “blockchain” texnologiyası tətbiq olunacaq.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, hazırda GUAM dövlətlərini təmsil edən təşkilatla bu layihənin icrasına artıq başlanılıb.

"Layihəni Ukrayna ilə Azərbaycan birlikdə həyata keçirir. Gürcüstan ilə Moldova isə buna dəstək verir. Normal bir model ortaya qoyaraq, bu texnologiyanı üstünlüklərini istifadə edəcəyik", - deyə S. Mehdiyev bildirib.