Finlandiyada azərbaycanlılar və ruslar 9 May Qələbə gününü birgə qeyd ediblər

siyaset

78705

Finlandiyada azərbaycanlılar və ruslar 9 May Qələbə gününü birgə qeyd ediblər
Finlandiyada II Dünya müharibəsində (1939-1945) 9 May faşizm üzərində qələbənin 74 illiyini ruslar və azərbaycanlılar birgə qeyd edib.

Xeberlertv.infoxəbər verir ki, Finlandiyada Azərbaycan-Türk Gənclər Təşkilatından verilən məlumata görə, Azərbaycanı tədbirdə təşkilat sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Ülviyyə Cabbarovanın başçılığı ilə azərbaycanlılar təmsil edib.

Yerli finlərin iştirakı ilə baş tutan, Rusiyanın Finlandiyada səfiri Pavel Kuznetsovun da qatıldığı tədbirdə Ü.Cabbarova xatırladıb ki, müharibədə 700 minə yaxın azərbaycanlının iştirak edib, keçmiş SSRİ-dən müharibədə enerji yanacağının 75 faizini Bakı nefti təşkil edib.

Tədbir bədii hissə ilə davam edib.