Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

siyaset

133083

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivi mayın 7-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Həmçinin görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.