Fizuli Məmmədov Avropa Azərbaycanlıları Konqresinin Birinci vitse-prezidenti seçilib

siyaset

223236

Fizuli Məmmədov Avropa Azərbaycanlıları Konqresinin Birinci vitse-prezidenti seçilib
Azərbaycan diasporu birləşmə yolunda əmin addımlar atır. Bazar ertəsi, fevralın 27 də Amsterdamda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi (Niderland), Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənəvun və Diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimovun şəxsən iştirakı ilə Avropa Azərbaycanlıları Konqresinin 5-ci qurultayı keçirilmişdir.

Bu tədbirdə xaricdəki Azərbaycan diasporu ilə əlaqələrin yaradılması və ünsiyyətin qorunub saxlanılması, həmçinin bütün dünyadakı azərbaycanlıların milli birliyə nail olması üçün onlara yardım göstərilməsinə cavabdeh olan bir qurumun rəhbərinin, eyni zamanda Azərbaycan Prezidentinin Administrasiyasının yüksək rütbəli nümayəndəsinin bilavasitə iştirakı onu deməyə əsas verir ki, doğma Azərbaycanın rəhbərliyi bütün dünyadakı Azərbaycan diasporunun birləşməsinə xüsusi diqqət ayırır.

Təqdirə layiq haldır ki, Avropa Azərbaycanlıları Konqresinin (AAK) 5-ci qurultayında ‘’Dünya Azərbaycanlıları İttifaqı’’ nın sədri, ‘’Ümumdünya Azərbaycan Mədəniyyət Fondu’’ nun Əlaqələndirmə şurasının sədri Fizuli Məmməd oğlu Məmmədov bu nüfuzlu təşkilatın Birinci vitse-prezidenti ​seçilib. Təsadüfi deyil ki, Rusiyadakı Azərbaycan diasporunun yaradılmasının təməlində də məhz Fizuli müəllim dayanmış, bu ölkədə həmvətənlərimizin ilk ictimai təşkilatı olan ‘’Azərbaycan Birliyi’’ ni («Единство Азербайджана») yaratmış və ona rəhbərlik etmişdi. Bu gün Rusiyadakı Azərbaycan diasporu dünya azərbaycanlıların ən böyük və ən nüfuzlu diasporudur.

Daha sonra Fizuli Məmmədovun köməkliyi ilə Avropa və MDB ölkələrində, Türkiyə və ABŞ da Azərbaycan diasporunun ictimai təşkilatları yaradılmışdı. ​Bütün bunların nəticəsi olaraq 27 fevral tarixində Avropadakı Azərbaycan diasporu Fizuli Məmmədovun bütövlükdə Azərbaycan xalqı qarşısında və ayrılıqda ümumdünya Azərbaycan diasporu qarşısında xidmətlərini yüksək qiymətləndirərək onu AAK nin Birinci vitse-prezidenti seçmişlər.​

Bizdə Xeberlertv.info olaraq Fizuli Müəllimi təbrik edir və bütün işlərində ona uğürlar arzulayırıq.