Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaş qəbulu ilə bağlı statistika açıqlanıb

siyaset

133083

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaş qəbulu ilə bağlı statistika açıqlanıb
"Ötən il ərzində respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında 828 mindən çox vətəndaş qəbul edilmişdir. Onların 56,7 faizi mərkəzi, 43,3 faizi yerli icra hakimiyyəti orqanlarında qəbul olunub".

SalamNews xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərtac” da dərc olunmuş məqaləsində qeyd olunub.

Məqalədə vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2013-cü ildən başlayaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiq olunmuş qrafikə uyğun olaraq vətəndaşların bölgələrdə mütəmadi qəbullarını keçirirlər.

2018-ci ildə respublikanın müxtəlif bölgələrində keçirilən qəbullarda əmək və əhalinin sosial müdafiəsi naziri – 565, kənd təsərrüfatı naziri – 487, təhsil naziri – 314, daxili işlər naziri – 303, ekologiya və təbii sərvətlər naziri – 302, mədəniyyət naziri – 236, ədliyyə naziri – 226, gənclər və idman naziri – 182, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – 172, səhiyyə naziri – 140, iqtisadiyyat naziri – 126, fövqəladə hallar naziri – 114, vergilər naziri – 30, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – 747, Dövlət Gömrük Komitəsinin sədri – 260, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – 228, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – 227, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – 99, Baş prokuror – 296, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – 245, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri – 111 vətəndaşı qəbul edib.