Nazir müavini Azərbaycan Aİ ilə arasında yeni strateji sazişin hazırlanmasından danışdı

siyaset

74462

Azərbaycan Avropa İttifaqı ilə yeni strateji sazişin hazırlanması ilə bağlı danışıqlar aparır.

Bunu Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiyasında GEANT multigiqabit şəbəkəsinin roluna həsr olunmuş tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

O bildirib ki, Azərbaycanla Avropanın əməkdaşlığı müsbət səviyyədə davam edir:

“Söhbət strateji vacib sənəddən gedir. Bu, üç hissədən ibarətdir: siyasət və təhlükəsizlik, ticarət və investisiyalar, üçüncüsü, sektoral istiqamət. Bu, öz növbəsində, energetika, iqtisadiyyat, nəqliyyat, elm və digər sahələri əhatə edir”.

//Trend
Nazir müavini Azərbaycan Aİ ilə arasında yeni strateji sazişin hazırlanmasından danışdı