Qənirə Paşayeva qəhrəman şəhidimiz Osman Manafovdan yazdı. » XeberlerTv.info

Qənirə Paşayeva qəhrəman şəhidimiz Osman Manafovdan yazdı.

Qənirə Paşayeva qəhrəman şəhidimiz Osman Manafovdan yazdı.

Səninlə qürur duyuruq qəhrəman qardaşımız şəhid Osman Manafov! Azərbaycan Böyük Vətən Müharibəsinin şəhidi Osman Natiq oğlu Manafov 24 oktyabr 1991-ci ildə Suraxanıda doğulub. XI sinfədək Bakı şəhərindəki Rixard Zorge adına 90 saylı məktəbdə oxuyub; məktəbin ictimai işlərində fəal iştirak edib, müəllimlərin, məktəb yoldaşlarının sevimlisi olub. Osman məktəb illərində idmana böyük maraq göstərib, daha çox əlbəyaxa döyüş növləri ilə məşğul olub, müxtəlif yarışlara çıxıb, fəxri yerlər tutub. Ali təhsilini Gürcüstanda alan Osman, 2014-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedib. Gənc Osman 2016-cı ilin aprel döyüşlərində iştirak edib. Osman Azərbaycan Böyük Vətən Müharibəsi başlayan gündən könüllü olaraq yenidən döyüşlərə atılıb. O, öz canını torpaqlarımızın işğaldan azad edilməsi, müqəddəs bayrağımızın Qarabağda dalğalanması üçün, əcdadımızın ruhunun şad olması üçün qurban edib. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə xüsusi xidmətləri olub şəhid Osmanın. Osman hərbi xidmətdə daim fəal olub, komandirlərin, rəislərin əmr və tapşırıqlarını məsuliyyətlə yerinə yetirib. O, şəhadət şərbətini Qubadlı uğrunda gedən döyüşlərdə içib. Osman anası ilə axırıncı dəfə 20 oktyabrda danışıb. Həmişə olduğu kimi, yenə "Məndən narahat olmayın. Hər şey yaxşıdır. Özünüzdən muğayət olun” deyib... Şəhidimizin bir oğul balası yadigar qalıb. Osman 27 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub; Bakının Bül-Bülə qəbirstanlığında torpağa tapşırılıb. Ustad Hüseyn Nihal Atsız necə deyirdi? – "Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün”..! Vətən sağ olsun! Vətənin sağ olması üçün, ərazi bütövlüyümüzün bərpası üçün, bayrağımızı əbədi ucalıq qazanması üçün – Azərbaycanımızın canlanması üçün can verən ŞƏHİDLƏRİMİZİN RUHUNA EHTİRAMIMIZ ƏBƏDİDİR!
 
 
Səmil Şahlaroğlu

4 dek , 2020 15:23


Xəbər lenti