Millət vəkili: Gənc həkimlərin həlak olması xəbərinə çox üzüldüm » XeberlerTv.info

Millət vəkili: Gənc həkimlərin həlak olması xəbərinə çox üzüldüm

 

 

 

Bu gün Bakının Xətai rayonunda, Nobel prospektində ağır yol-nəqliyyatı hadisəsi Tibb Universitetinin 3 tələbəsi həlak olub.

 

COVID-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar.

 

İlham Məmmədov Milli Məclisin deputatı İlham Məmmədov

 

Xeberlertv.info-ya açıqlama verən Azərbaycan Tibb Universitetinin İctimai Nəzarət və Məsləhət Şurasının sədri, millət vəkili İlham Məmmədov Şura üzvləri adından ölən gənclərin ailələrinə dərin hüznlə başsağlığı verdiyini dilə gətirdi, təəssüf hissi keçirdiyini bildirdi.”Onlar koronavirus xəstələrinə kömək edən gözəl Azərbaycan gəncləri, gənc həkimlər idilər. Bu çox üzücü bir durumdur”.

"Məlumdur ki, hazırda respublikamızda "Covid 19”- koronavirus infeksiyası çox böyük sürətlə yayılmaqdadır. Yoluxma sayı durmadan artır və çox təəssüf ki, bu " düşmən” can almaqda davam edir. Amma Azərbaycanın səhiyyə sistemi və fədakar həkimləri yorulmadan, gecə- gündüz bilmədən xəstələrin sağalması üçün öz vəzifə borclarını böyük fədakarlıqla yerinə yetirirlər. Onu da qeyd etməliyik ki, ölkəmizdə bu pandemiya ilə mübarizə aparan onlarla sayda modul tipli xəstəxanalar fəaliyyət göstərir ki, burada həkimlərlə yanaşı Tibb Universitetinin tələbələrindən də könüllü olaraq, koronoviruslu xəstələrin müalicə olunması işinə yardım edirlər. Lakin bu gün səhər bu tələbələrdən bir qrupu haqqında aldığımız ağır üzücü xəbər bizi çox kədərləndirdi. Beləki, 30 noyabrda gecə vaxtı baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində, könüllü çalışan tələbələrdən Azərbaycan Tibb Universitetinin müalicə- profilaktika fakultəsinin V kurs tələbəsi Tuncay Məmmədov, həmin fakultənin VI kurs tələbəsi Yeganə Məmmədova, əczaçılıq fakultəsinin sonuncu kurs tələbəsi Sahil Mustafazadə həlak olmuşlar. Müalicə-profilaktika fakultəsinin V kurs tələbəsi İlkin Ağamirzəyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir. Baş verən bu ağlr faciə nəticəsində həyatlarını gənc yaşında vaxtsız itirən tələbələrimizə Allahdan rəhmət diləyir, mərhumların doğmalarına və Tibb Universitetinin kollektivinə dərin hüznlə baş sağlığı veririk. Allahdan yaralı gəncimizə şəfa diləyirik! Allah Azərbaycanın həm ön, həm də arxa cəbhədə böyük fədakarlıq göstərən yenilməz gənclik ordusunu qorusun”.- deyə deputat bildirib.

 

 

Səmil Şahlaroğlu


2 dek , 2020 19:17


Xəbər lenti