Prezidentin köməkçisi xarici diplomatlarla Tərtərdədir - FOTO+YENİLƏNİB » XeberlerTv.info

Prezidentin köməkçisi xarici diplomatlarla Tərtərdədir - FOTO+YENİLƏNİB

 


 

 

Prezidentin köməkçisi Hikmət Hacıyev, diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilat rəhbərləri və "Qarabağ” futbol komandası Tərtər rayonundadır.

Trend-in bölgə müxbirinin məlumatına görə, nümayəndələr Tərtərdə Ermənistanın ağır bombardımanının nəticələri ilə yerində tanış olurlar.

Daha sonra nümayəndə heyəti Ağdama səfər edəcək.

 

10:00

Prezident İlham Əliyevin tapşırığı ilə diplomatik korpusların nümayəndələrinin Tərtərə səfəri təşkil edilir.

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter” hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, ölkə başçısının tapşırığına əsasən, diplomatik korpuslar, beynəlxalq təşkilat rəhbərlərinin Tərtərə və işğaldan azad olunan Ağdama səfəri təşkil olunur:

"Onlar Ermənistanın hücumlarından sonrakı Tərtəri görəcəklər. Ağdam dağıdılaraq "ruhlar şəhəri”nə çevrilib. Sürgündə olan "Qarabağ” futbol klubu da yanımızdadır”.


28 noy , 2020 18:03


Xəbər lenti