Qənirə Paşayeva ötən həftə respublikamızda səfərdə olan Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti akademik.. » XeberlerTv.info

Qənirə Paşayeva ötən həftə respublikamızda səfərdə olan Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti akademik..

 

Qənirə Paşayeva ötən həftə respublikamızda səfərdə olan Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti akademik..

 

 
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ötən həftə respublikamızda səfərdə olan Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti akademik Darxan Xıdırali ilə Milli Məclisdə görüşüb. BTA prezidenti Komitə sədrini Azərbaycanın tarizi zəfəri münasibəti ilə təbrik edib, Azərbaycana bu dəfəki səfərinin zəfər günlərinə düşməsindən çox şad olduğunu bildirib. Görüşdə işğalçı Ermənistanın Qarabağda tarixi, dini və mədəniyyət abidələrinə, elm-təhsil müəssisələrinə qarşı törətdiyi barbarlıqdan danışılıb. Komitə sədri ilə BTA prezidenti bu kimi halların gerçək faktlar əsasında, əlaqədar beynəlxalq qurum və quruluşlara duyurulmasının vacibliyinə vurğu ediblər. Görüşdə Azərbaycan-Qazaxıstan qardaşlığı, ümumən türk dünyasında mədəni, elmi və digər əməli fəaliyyət sahələri üzrə işbirliyi imkanları ətrafında fikir mübadiləsi aparılıb. BTA başqanı D.Xıdırali Azərbaycana səfərdən öncə Qazaxıstan Xarici işlər nazirliyi (evsahibi ölkə) ilə BTA arasında memorandum imzalandığını, bununla da BTA-nın təşəkkülünün tamamlandığını, artıq daha genişçaplı fəaliyyət imkanları meydana gəldiyini bildirib. BTA-nın Azərbaycanla bağlı həyata keçirdiyi layihələrdən, tədbirlərdən danışan D.Xıdırali, Əbdürəhim bəy Haqverdiyev və Üzeyir bəy Hacıbəylinin Nur-Sultanda keçirilməsi planlaşdırılan (uyğun olaraq, 150, 135 illik) yubiley tədbirlərinin pandemiya səbəbi ilə ertələndiyini və artıq yubiley tədbirinin hər iki klassikə dogma olan Şuşa şəhərində keçirilməsini daha məqsədəuyğun saydıqlarını bildirib. BTA prezidentinin ilk nüsxələrini Komitə sədrinə təqdim etdiyi "İtirdiyim xoşbəxtlik” adlı antologiya isə Azərbaycan yazarlarının Qarabağ hekayələrindən ibarətdir. Q.Paşayeva D.Xıdıraliyə bu qiymətli nəşr üçün çox təşəkkür edərək, qazax dilində çıxan Qarabağ hekayələrinin BTA-nın yayınları seriyasında özünəməxsus yer tutacağına, qazax oxucularının marağına səbəb olacağına inandığını bildirib. D.Xıdırali və Q.Paşayeva işğaldan azad edilmiş şəhər və rayonlarımızdakı tarixi-mədəniyyət abidələrinin BTA tərəfindən tədqiq edilməsinin, atlaslaşdırılmasının zəruriyyətinə vurğu edərək, erməniləşdirilmiş qıpçaq (alban) kilsələrinin öz əsilliyinə qaytarılması üçün birgə çalışmaları məqsədəuyğun sayıblar. D.Xıdırali Q.Paşayevaya BTA-nın nəfis nəşrlərindən olan "Azərbaycan Cümhuriyyəti-100” kitab-albomunu, Q.Paşayeva isə D.Xıdıraliyə ("Mahmud Kaşqari Fondu” (MKF), "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİİB) ilə "Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) ortaq nəşri olan) "Abay. Şeirlər, Poemalar, Qara sözlər” kitabını və üzərində "Şuşa” yazılmış saat hədiyyə edib. Görüşdə BTA prezidentinin müşaviri Füzuli Məcidli, Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, MKF-nin başqanı Elxan Zal və RHİMİB-in sədri Arzu Bağırova iştirak edib.
 
 

 

Səmil Şahlaroğlu
 

23 noy , 2020 19:46


Xəbər lenti