Sahibə Qafarova Şuşa qələbəsi ilə bağlı Azərbaycan xalqını təbrik edib » XeberlerTv.info

Sahibə Qafarova Şuşa qələbəsi ilə bağlı Azərbaycan xalqını təbrik edib


Sahibə Qafarova Şuşa qələbəsi ilə bağlı Azərbaycan xalqını təbrik edib


Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan ordusunun işğaldan azad etdiyi Şuşa şəhəri ilə bağlı Azərbaycan xalqını təbrik edib.

O bu barədə özünün “Twitter” hesabında paylaşım edib.

S.Qafarova yazıb:

“Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev elan etdi ki, Şanlı Ordumuz tarixi mədəniyyət mərkəzimiz olan Şuşa şəhərini 28 illik Ermənistan işğalından azad etmişdir. Bu münasibətlə əziz xalqıma ən səmimi təbriklərimi çatdırıram”.

8 noy , 2020 22:14


Xəbər lenti