Hikmət Hacıyev: “Düşmən Tərtəri vurur, Bərdədə hərəkətlilik var” » XeberlerTv.info

Hikmət Hacıyev: “Düşmən Tərtəri vurur, Bərdədə hərəkətlilik var”

Hikmət Hacıyev: “Düşmən Tərtəri vurur, Bərdədə hərəkətlilik var”



“Erməni silahlı qüvvələri hazırda Tərtər şəhərini vurmaqda davam edirlər. Onların artilleriya və raket zərbələri kontekstində Bərdə şəhərinin ətrafında da bəzi hərəkətlilik var”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdə səfərində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistanın cinayətlərinin həddi-hüdudu yoxdur:

“Ermənilər o qədər çərçivələri aşıblar ki, diplomatların, xarici medianın olduğu yerdə də bu cinayətlərini davam etdirirlər”.

H.Hacıyev qeyd edib ki, hər bir fakt sənədləşdirilir:

“Biz ermənilərin xislətini gözəl bilirik. Bunun üçün beynəlxalq jurnalistlərin, diplomatların və hərbi attaşelərin iştirakı ilə bunlar sənədləşdirilir ki, danmasınlar.

Hüquq-mühafizə orqanları tərəfindən hadisələrlə bağlı cinayət işləri açılıb. Cinayət varsa, cəzası da olacaq”.

“Biz hüquqi müstəvidə də fəaliyyətimizi davam etdirəcəyik”, - deyə H.Hacıyev əlavə edib.

29 okt , 2020 15:58


Xəbər lenti