Səbinə Əliyeva Bərdədə - YENİLƏNİB + FOTO » XeberlerTv.info

Səbinə Əliyeva Bərdədə - YENİLƏNİB + FOTO

Səbinə Əliyeva Bərdədə - YENİLƏNİB + FOTO


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən qadağan olunmuş kaset bombalardan istifadə etməklə Bərdənin ardıcıl iki gün atəşə tutulması nəticəsində baş vermiş insan tələfatı və vurulmuş zərərlə bağlı yerində araşdırma aparmaq üçün faktaraşdırıcı missiya çərçivəsində Bərdə şəhərindədir.

Bununla bağlı Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, ombudsman Səbinə Əliyeva Bərdədə həlak olmuş şəxslərin yaxınlarına və yaralılara baş çəkib, zərərçəkmiş şəhər sakinləri ilə görüş keçirib. Ombudsmanın beynəlxalq ictimaiyyətə təqdim edəcəyi növbəti hesabatına daxil edilmək üçün yerində araşdırma zamanı yuxarıda qeyd olunanlarla əlaqədar faktoloji materiallar toplanılıb.

Ermənistan tərəfindən beynəlxalq hüquqa açıq hörmətsizlik nümayiş etdirməklə törədilən bu cinayətlərlə bağlı faktaraşdırıcı missiya çərçivəsində əldə edilmiş materiallar əsasında Ombudsmanın növbəti hesabatı hazırlanaraq, dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq.

13:17

Ombudsman Səbinə Əliyeva Ermənistan ordusu tərəfindən xain hücuma məruz qalan Bərdə şəhərinə yollanıb.

Xeberlertv.com-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili özünün “Twitter” hesabında məlumat verib.

Bildirilir ki, Ombudsman mülki əhalinin kaset raketlərlə atəşə tutulan Bərdə şəhərində faktaraşdırıcı missiyaya başlayıb.

Today #Ombudsperson, Sabina Aliyeva started fact-finding mission in #Bardacity of #Azerbaijan which was shelled by #Armenia with cluster rockets, yesterday. pic.twitter.com/trwPrLYQPe

— Ombudsman of Azerbaijan (@az_ombudsman) October 29, 2020

29 okt , 2020 15:57


Xəbər lenti