Hikmət Hacıyev: “Ermənistan Azərbaycana aid tarixi abidələrin izlərini silməyə çalışır” » XeberlerTv.info

Hikmət Hacıyev: “Ermənistan Azərbaycana aid tarixi abidələrin izlərini silməyə çalışır”

Hikmət Hacıyev: “Ermənistan Azərbaycana aid tarixi abidələrin izlərini silməyə çalışır”



“Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə Azərbaycan xalqına, tarixinə aid olan bütün abidələri, izləri dağıtmağa çalışırlar. Dini abidələr mal-qara saxlamaq üçün istifadə olunur. Bu, bütün dünya ictimaiyyəti üçün bir qəsddir”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən heç bir dini məbədlərə, kilsələrə qarşı dağıntı xarakterli əməliyyatlar aparılmır:

“Əksinə, biz onları qorumağa çalışırıq. Ermənistan tərəfindən dağıdılan kilsə, məcidlərin qorunması üçün əlimizdən gələni əsirgəmirik. Əgər Ermənistan tərəfindən əməliyyatlar davam edərsə, bu daha çox mədəni abidənin dağıntısına gətirib çıxaracaq”.

O qeyd edib ki, Azərbaycan dini abidələrlə bağlı bundan sonra da əlindən gələni əsirgəməyəcək:

“İşğal olunmuş ərazilərdə dini məbədlər və kilsələr daxil olmaqla bu abidələr bərpa olunacaq ki, sonradan erməni əhalisi də bu dini məbədlərdən istifadə edə bilsinlər. Təəssüf ki, biz fərqli propaqanda məqsədi ilə Ermənistan tərəfindən sui-istifadəni görürük”.

28 okt , 2020 15:35


Xəbər lenti