Millət vəkili Jalə Əhmədova:Xalqımızı Silahlı Qüvvələri gününü münasibəti ilə təbrik edib

siyaset

71550

Millət vəkili  Jalə Əhmədova:Xalqımızı Silahlı Qüvvələri gününü münasibəti ilə təbrik edib



Təbrikdə bildirilib Ki, Əzizlərim!
Başda Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan, Azərbaycan Respublikası Silahlı Qüvvələri gününü qeyd edən bütün sabiq və xidmətdə olan hərbçilərimizi və həmçinin veteranlarımızı, habelə mənə doğma olan Xüsusi Dövlət Mühafizə Xidmətini və bütün xalqımızı bu şərəfli gün münasibəti ilə təbrik edirəm.

Keçmiş hərbçi kimi bu bayramı həm də özümə şamil edirəm, qeyd etməliyəm ki xidmət etdiyim dövürdə ləyaqətli, mərd, qürurlu və vətəninə sadiq hərbçilərimizi gördüm. Mövcud ordumuz dünyanın ən müasir silahlarına malik, güclü və öz nizam-intizamı ilə örnək olan ordudur. Dünya ölkələri arasında öz gücünə görə 50-ci yerdə yerləşən ordumuz cənab Prezident tərəfindən verilən istənilən tapşırığı yerinə yetirmək qabiliyyətindədir. Əminəm ki, bu gözəl günü ən qısa zamanda işğaldan azad olunmuş torpaqlarımızda qeyd edəcəyik.



Səmil Şahlaroğlu